“EU4Culture” rəssam və mədəniyyət işçiləri üçün yeni qrant müsabiqəsi elan edir

21 Iyul 2022 Xəbər
news-inner-photo

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Culture” proqramı rəssam və mədəniyyət sahəsində çalışan peşəkarlara dəstək məqsədilə mobillik üzrə ikinci qrant layihələrinin qəbuluna başlayıb.

Aİ-nın tərəfdaş ölkələrinin vətəndaşları və ya qanuni rezidentləri olan 18 yaşdan yuxarı bütün mədəniyyət sektorlarından olan rəssamlar və ya mədəniyyət xadimləri müsabiqədə iştirak üçün müraciət edə bilərlər.

Layihələrə təcrübə, tanışlıq xarakteri daşıyan səfərlər, konfranslar, təkmilləşdirmə, bilik mübadiləsi və mədəniyyətlərarası dialoqu təşviq edən bütün tədbirləri daxil etmək olar.

Layihələrdə aşağıdakı məbləğlərdə mobillik dəstəklənəcək:

  • 1 500 avroya qədər qısamüddətli (7-10 təqvim günü);
  • 3 500 avroya qədər ortamüddətli (5 həftəyə qədər);
  • 5 000 avroya qədər uzunmüddətli (12 həftəyə qədər);
  • 1 000 avroya qədər virtual (səyahət yoxdur, lakin başqa ölkədə baş verən tədbirdə onlayn iştirak).

Yerdəyişmə üzrə layihələri Aİ-yə üzv dövlətlərdə, Aİ-nin tərəfdaş ölkələrində və digər Avropa ölkələrində 2022-ci ilin oktyabr ayının 17-dən 2023-cü ilin oktyabr ayının 27-nə qədər həyata keçirmək olar.

Ərizəçilər onlayn ərizə formasından istifadə edərək beynəlxalq mobillik üçün büdcə ilə birgə fəaliyyət planı hazırlamalı və onu onlayn Ərizə Forması Portalı (GAP) vasitəsilə təqdim etməlidirlər.

Son müraciət tarixi: 31 avqust 2022-ci il

Aİ tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Höte İnstitutu (əsas tərəfdaş), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və “Institut Français de Géorgie” ilə birgə həyata keçirilir. 2022-2024-cü illərdə EU4Culture layihəsi yerdəyişmə üzrə ümumilikdə altı qrant layihəsi qəbulu elan edəcək və 250 layihə üçün qrant yardımı ayrılacaq.

Bu məqalə sizin üçün faydalı oldumu?