Azərbaycanlı kinorejissorlar Avropa Film Akademiyasına üzv seçiliblər!

10 May 2022 Xəbər
news-inner-photo

Rafiq Quliyev, Ayaz Salayev, Vaqif Mustafayev, Hüseyn Mehdiyev, Rüfət Həsənov, Orman Əliyev, Teymur Hacıyev, Elvin Adıgözəl, İlqar Nəcəf, İradə Bağırzadə və Asif Rüstəmov Avropa Kino Akademiyasının üzvü seçiliblər.

Məlumat üçün bildiririk ki, Avropa Kino Akademiyası 1989-cu ildə Avropa Kino Cəmiyyəti kimi onun ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılmışdır.

 

Mənbə: APA.AZ

Bu məqalə sizin üçün faydalı oldumu?