UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fonduna (IFCD) layihələrin yazılması ilə bağlı məlumatlandırıcı sessiya təşkil olundu

29 Aprel 2022 Xəbər
news-inner-photo

28 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Katibliyi tərəfindən UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fonduna (IFCD) layihələrin yazılması ilə bağlı xüsusi onlayn təlim təşkil edildi.

Təlimdə ilk öncə UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasının təqdimatı edilərək, bu beynəlxalq sənədin ümumi rəhbər prinsipləri barədə məlumat verildi.

Daha sonra Azərbaycandan olan dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fonda müraciət prosesi haqqında məlumat verildi, əsas seçim meyarları izah olundu.

İnteraktiv formada davam edən təlimdə təşkilat və qurum nümayəndələri UNESCO Katibliyinin təlimçilərinə öz suallarını ünvanladılar.

Bu məqalə sizin üçün faydalı oldumu?