"Azerbaijan Design Award" müsabiqəsinə qoşulmaq üçün son 3 gün!

28 Aprel 2022 Xəbər
news-inner-photo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dizayn Assosiyasiyasının təşkilatçılığı ilə keçirilən "Azerbaijan Design Award" müsabiqəsinə layihələrin qəbulu davam edir.

Layihələrin qəbulu üçün son gün 30 aprel 2022-ci il tarixidir.

Azərbaycanın ən böyük dizayn müsabiqəsi olan “Azerbaijan Design Award” layihəsi ölkənin ən böyük canlı dizayn auditoriyasını özündə cəmləmişdir və ölkədə dizayn sahəsinin inkişafı istiqamətində görülən işlərə böyük töhfə verir.

Yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn bacarıqlarını inkişaf etdirmək və istedadlı şəxsləri üzə çıxarmaq məqsədini daşıyır.

Müsabiqənin şərtləri: https://azerbaijandesignaward.com/about

Qeydiyyat üçün keçid: https://azerbaijandesignaward.com/register

Müsabiqə haqqında ətraflı məlumat: https://azerbaijandesignaward.com/jury

Bu məqalə sizin üçün faydalı oldumu?