Ali təhsildə sahibkarlığın dəstəklənməsi məsələləri müzakirə edildi

10 Mart 2022 Xəbər
news-inner-photo

ADA Universitetində British Council təşkilatının Azərbaycan ofisi ilə birgə əməkdaşlıqda “Ali təhsildə sahibkarlığın dəstəklənməsi” mövzusunda tədbir keçirilmişdir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson tədbir iştirakçılarını salamlamışdır. Ardından, tədbir iştirakçıları ilə sual-cavab sessiyası aparılmışdır. Tədbirdə, British Council təşkilatının Azərbaycan nümayəndəsi, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Kent Universitetinin layihə rəhbərləri, Mədəniyyət Nazirliyinin rəsmisi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Kreativ Britaniya (Creative UK) təşkilatının nümayəndəsi və həmçinin yerli yaradıcı sənaye nümayəndələri çıxışlar etmişlər.

Tədbirdə ali təhsildə yaradıcı sahibkarlıq daxil olmaqla sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi imkanları, yaradıcı iqtisadiyyatın inkişafında ali təhsilin rolununu artırılması perspektivləri müzakirə edilmişdir.

Bu məqalə sizin üçün faydalı oldumu?