Rəna Əffəndi beynəlxalq müsabiqədə münsiflər heyətinin sədri seçilib

6 Yanvar 2022 Xəbər
news-inner-photo

Çoxsaylı hekayələri və dünyanın hər yerindən müxtəlif fotoqrafları nümayiş etdirmək üçün yenidən təşkil olunmuş "2022 World Press Photo" müsabiqəsi üçün qlobal münsiflər heyətinə sədr kimi azərbaycanlı fotoqraf, quruluşçu rəssam Rəna Əffəndi seçilib. Bu qüruru bizə yaşadan Rəna Əffəndi "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda "İlin fotorəssamı" mükafatının laureatıdır. O, həmçinin müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak etmişdir. 2007-ci ildə Amerikanın "Photo District News" jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil etdiyini də qeyd etmək yerinə düşər. Onun fotoları "Le Monde", "Le Figaro", "Liberation, "Courrier International", "Newsweek", "Days Japan", "Reponse Photo", "Oqonek", "Ekspert" i "Bolşoy Qorod" kimi jurnallarda dərc edilmişdir.

 

Nəzərinizə çatdıraq ki, "2022 World Press Photo" müsabiqəsi fotojurnalistika və ya sənədli fotoqrafiya sahəsində çalışan bütün peşəkar fotoqraflar üçün 11 yanvara qədər açıqdır. Müsabiqə Hollandiyanın Amsterdam şəhərində yerləşən müstəqil, qeyri-kommersiya təşkilatı olan "World Press Photo Foundation" tərəfindən təşkil olunur.

Bu məqalə sizin üçün faydalı oldumu?