ÜƏMT-nın Yerli Xalqlar və Yerli İcma Gəncləri üçün Foto Mükafatı

27 Dekabr 2021 Xəbər
news-inner-photo

Foto Mükafat vasitəsilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) yerli və yerli icma gənclərinin yaradıcılığını geniş şəkildə tanıtmaq, habelə fotoşəkillərdə ifadə olunan yaradıcılıqlarını qorumaq üçün müəllif hüquqlarından necə istifadə oluna biləcəyi barədə məlumatlılığını artırmaq məqsədini daşıyır. Mükafatın mövzusu İqlim Dəyişikliyi və İqlim Fəaliyyətidir: “Mother Earth through our Lenses”. Mükafatın məqsədi iştirak edəcək yerli və yerli icma gənclərini böyük qlobal əhəmiyyət kəsb edən “İqlim dəyişikliyi” mövzusunda özlərini ifadə etməylərini təmin etmək məqsədini daşıyır.


Fotoşəkillər aşağıda qeyd olunan mövzuları təsvir etməlidirlər:
•    İqlim dəyişikliyinin icmalarınıza, biomüxtəlifliyə və ətraf mühitə təsiri (torpaq, hava, su, flora və fauna və s.); 
•    icmanıza iqlim dəyişikliyinin təsirinə uyğunlaşmağa və ya onu azaltmağa imkan verən təcrübələr və ya iqlim tədbirləri.


Kimlər müraciət edə bilər?
ÜƏMT-nin Foto Mükafatı ÜƏMT-nin Üzv Dövlətlərindən birində yerləşən yerli xalqların və yerli icmaların üzvləri üçün açıqdır. İştirakçıların yaşı 30-dan aşağı olmalıdır.


Son təqdimetmə tarixi: 22 yanvar 2022-ci il


Aşağıda qeyd olunan linkdən müraciət edə bilərsiniz:
https://youth-prize.wipo.int/

Bu məqalə sizin üçün faydalı oldumu?