“Unity ilə oyun yaradılması” istiqaməti üzrə intensiv qısamüddətli təlimlər təşkil olunacaq

17 Iyul 2021 Xəbər
news-inner-photo

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Dynamic Box” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Unity ilə Oyun Yaradılması” (Game Development with Unity) üzrə qısamüddətli təlimə ərizə qəbulunu elan edir.

Bu kursda iştirakçılar oyun yaradılması prosesinin əsas prinsiplərini öyrənməklə yanaşı, oyun ideyasının formalaşmasından istifadəyə veriləcəyi ana qədər konseptin dizayna necə çevrildiyi haqqında faydalı biliklər əldə edəcəklər. İştirakçılar həm də video oyunların hazırlanması prosesinin hər bir mərhələsində dizayn, proqramlaşdırma, oyun mühərriki, kitabxanalar kimi müxtəlif elementlər və alətlərdən düzgün istifadə qaydalarını öyrənəcəklər.

Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcəkdir.

İştirak üçün əsas meyarlar:

  • C# proqramlaşdırma dili üzrə ilkin nəzəri biliklərə və təcrübəyə malik olmaq;
  • Obyekt-Əsaslı Proqramlaşdırmanın (OOP) prinsiplərini bilmək;
  • Hər hansı versiyalandırma sisteminin istifadəsini bacarmaq (məs. Git);
  • IDE-lərlə işləmək bacarığı (məs. Visual Studio);
  • Mükəmməl problem həll etmə bacarığı;
  • Yeni texnologiyaları və proqramları sürətlə öyrənmək qabiliyyəti.

Təlim müddəti: 4 ay

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq.

Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Müraciətləri 31 iyul, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz: https://forms.office.com/r/X5peDZ5CDr

Ətraflı: https://bit.ly/2VGUOrh

Mənbə: https://www.facebook.com/bakustateindustryinnovation

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?