Narkotiklərlə mübarizədə təbliğatın gücləndirilməsi məqsədilə bloggerlər arasında müsabiqə

16 Iyul 2021 Xəbər
news-inner-photo

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə bloggerlər arasında müsabiqə elan edir. 

Müsabiqələrin mövzuları və keçirilmə qaydaları:

1. Narkotik vasitələrin və psixotrop maddələrin insan üçün heç bir faydası yoxdur.

2. Narkotik vasitələr və psixotrop maddələr insan sağlamlığını və psixologiyasını məhv edir.

3. Narkotik vasitələr və psixotrop maddələr stressi azaltmır, problemləri həll etmir.

4. Narkotik vasitələr və psixotrop maddələr istifadəçilərin həyatını məhv edir.

5. Narkotik vasitələr və psixotrop maddələr ailələrin dağılmasına, sonsuzluğa və digər ağır fəsadlara səbəb olur.

6. Narkotik vasitələrin qanunsuz dövriyyəsində polis əməkdaşlarının qətiyyətli mübarizəsi.

7. Narkomanlıq bir şəxsin yox, bir ailənin faciəsidir.

Müsabiqə “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı foto” və “Ən yaxşı mahnı (rep)” nominasiyaları üzrə keçirilir.

Təqdim olunan film, foto və mahnıya qoyulan tələblər:

1. Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.

2. Təqdim olunan materiallar müəyyən edilmiş mövzular üzrə olmalıdır.

3. Müsabiqə üçün hazırlanmış materiallar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində yaradılmış Xüsusi Komissiyaya təqdim olunmalıdır.

Materialların qəbul qaydaları:

  • Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı;
  • Daxili İşlər nazirliyinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələri “tag” edilməli və müəllif tərəfindən izlənilməli;
  • #narkotikəyoxdeyək  #narkotikləmübarizədəpolisədəstəkolaq #narkotikmüsabiqə həştəqləri ilə birlikdə paylaşılmalı;

Qiymətləndirmə meyarları:

Materiallar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur. Qiymətləndirilmədə video və fotoya baxış sayı da nəzərə alınacaq.

Hər istiqamət üzrə 3 qalib müəyyən edilərək mükafatlandırılır:

  • I yer - 1000 AZN
  • II yer - 500 AZN
  • III yer - 300 AZN

Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 7

Əlaqə telefonları: (012) 590 98 44, (012) 590 99 07;

Elektron ünvan: [email protected]

Mənbə: https://edumap.az/  

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

 

Bu məqalə sizin üçün faydalı oldumu?