Dünya Səyahətçiləri Fotoqrafiya Müsabiqəsi

16 Iyul 2021 Xəbər
news-inner-photo

Kimlər müraciət edə bilər: bütün peşəkar fotoqraflar üçün açıqdır

Son müraciət tarixi: 31 iyul 2021-ci il

Yer üzünün hər yerindəki səyahətlərinizdən fotolar axtarırıq!

Bu fotolar mənzərələri, insanları və ya mədəniyyətləri əks etdirə bilər. Dünyanın dörd tərəfindən bir mənzərə ilə üfüqlərimizi genişləndirin!

Fotoqraflar yeni çəkilən fotoşəkillər və ya arxivdən hər hansı fotolar ilə müraciət edə bilərlər.

Müsabiqədə iştirak ödənişlidir:

  • 1 foto üçün iştirak haqqı: 20 ABŞ dolları
  • 3 foto üçün iştirak haqqı: 30 ABŞ dolları
  • 6 foto üçün iştirak haqqı: 40 ABŞ dolları
  • İllik üzvlük haqqı: 100 ABŞ dolları. İllik üzvlük haqqını əldə edən namizədlər 1 il ərzində təşkil edilən bütün müsabiqələrə giriş hüququ qazanır.

Mükafat:

  • I və II yerin qaliblərinin fotoşəkilləri hər ay müxtəlif qalereyalarda nümayiş etdiriləcək.
  • 24 000 ABŞ dolları dəyərində fond aylıq qaliblər arasında paylaşılacaq.
  • Bütün iştirakçılar ictimai açıq profil yaradaraq kolleksiya və jurnalımızda yer ala bilərlər. Qaliblər onlayn qrup şoularımızda tanıdırlır və işləri illik foto kitabımızda dərc olunur.
  • Üzv kimi iştirak edən hər kəs sənayenin professionalları tərəfindən rəy ala bilər.

Ətraflı məlumat və qeydiyyat üçün rəsmi səhifəyə müraciət edə bilərsiniz.

Mənbə: https://www.life-framer.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?