Qlobal Sahibkarlıq Kuboku 2021 Azərbaycan Milli Finalçısı məlum oldu

15 Iyul 2021 Xəbər
news-inner-photo

GEN Azerbaijan missiyası ölkəmizdə sahibkarlığın və sahibkarlıq ekosisteminin inkişafına dəstək göstərməklə fərdlər və icmalar üçün iqtisadi imkanları genişləndirməkdir. GEN Azerbaijan GEN Global ailəsinin parçasıdır.

Qlobal Sahibkarlıq Kuboku 2021 Azərbaycan Milli Finalı yekunlaşdı! Milli Finalın qalibi Safavy startapı, 2-ci yerin sahibi Spendonate və 3-cü yerin sahibi Çağır Gəlsin oldu!

Müsabiqənin bütün mərhələlərində iştirak edən, xüsüsən final mərhələsinə vəsiqə qazanan startapçı və sahibkarlara təşəkkür edirik. Qeyd edək ki, Milli Finalın qalibi Safavy noyabr ayında keçiriləcək Qlobal Finalda Azərbaycanı təmsil edəcəkdir.

Safavy onlayn təhsil platformasıdır və istifadəçilərinə müxtəlif sahələrə aid 100-dən çox sertifikatlı kurs təklif edir.

"Öyrənmək hər kəsin haqqıdır. Elm və bacarıqların öyrənilməsi insanlara əlçatan olmalıdır. Biz milyonlarla insana istədiyi ixtisası asanlıqla öyrənməyə şərait yaradırıq."

Qeyd edək ki, "Qlobal Sahibkarlıq Konqresi 2021" 14-17 noyabr tarixlərində Səudi Ərəbistanın paytaxtı Ər-Riyadda keçiriləcək!

Mənbə: https://www.facebook.com/genazerbaijan/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?