Məşhur Yerli Dəb Brendlərimiz

1 Iyul 2021 Məqalalələr
news-inner-photo

Yerli kreativ sənayedə baş verən müsbət dəyişikliklərdən biri də dəb brendlərinin sayının kəskin şəkildə artmasıdır. Xüsusən, gənclərin üstünlük təşkil etdiyi bu sahədə demək olar ki, qısa zamanda çox sayda yeni brendlərin yaradılmasına şahidlik etdik. Həmin dəb brendləri arasında, hətta beynəlxalq bazara öz məhsullarını təqdim edənlər də var. Hal-hazırda bu sahədə inkişaf sürətlə davam edir və arzu edirik ki, dünyanın ən məşhur brendləri sırasında yerli adlarımızı da görək.

Bu məqalədə Azərbaycanın məşhur yerli dəb brendləri haqqında danışacağıq.

Emiland

Sadalayacağımız brendlər arasında ən tez yaranan Emiland 30 ildir ki, öz unikal məhsulları ilə fərqlənir. Dünyanın fərqli ölkələrinə məhsullarını ixrac edən brend yüksək keyfiyyətli kişi geyimləri ilə müştərilərinə məmnunluq hissi yaşadır.

“Biz parça seçərkən, tekstil və geyim bazarı ilə yanaşı alıcılarımızın üstünlük verdiyi geyimlərə və son tendensiyalara da nəzər yetiririk.”

Brendin təklifləri haqqında veb-sayt, InstagramFacebook platformalarından daha ətraflı məlumat əldə edə bilərsiniz.

Parcha

Parcha özəl kolleksiyaları ilə diqqət çəkən Azərbaycan dəb brendidir. Məhsulları yerli və qlobal bazarda təqdim olunur. Keyfiyyətli parçalardan yeni və fərqli tərzdə geyimlər dizayn edən brend daha çox gənclərə xitab edir. Son kolleksiya Qarabağ ornamentləri əsasında hazırlanıb.

Brendin təklifləri haqqında InstagramFacebook platformalarından daha ətraflı məlumat əldə edə bilərsiniz.

Corabb

Corabb Azərbaycanın rəngli corab markasıdır. Yaxın illər ərzində rəngli corablar bütün dünyada dəb gündəminə çevrilib. Corabb.az həm dəb trendinə uyğun, həm də yerli dəyərlərə xitab edən brenddir. Məhsullar Azərbaycanın milli və tarixi dəyərlərinə, adət-ənənələrinə gündəmə uyğun mövzuları əks etdirir.

“Hər kəsin zövqünə və tərzinə uyğun yerli markaya çevrilmək və həyatınıza rəng qatmaq əsas hədəfimizdir. Azərbaycanın yerli markası olaraq, məhsullarımızın istehsalını da ölkəmizdə etmək əsas məqsədlərimizdən biridir.”

Brendin təklifləri haqqında veb-sayt, InstagramFacebook platformalarından daha ətraflı məlumat əldə edə bilərsiniz.

LIBÀS Couture Atelier

Zərif dizayn nümunələri və gözoxşayan ziyafət geyimləri təqdim edən LIBÀS Couture Atelier yerli müştərilərlə yanaşı beynəlxalq sferadan alıcıların da rəğbətini qazanıb. Dizaynerlər tərəfindən hazırlanan xüsusi eskizlər ilə hazırlanan libaslar hər bir məhsulu unikal edir.

Brendin təklifləri haqqında InstagramFacebook platformalarından daha ətraflı məlumat əldə edə bilərsiniz.

NAVEEN

Naveen brendi artıq 3-4 ildir ki, fəaliyyət göstərir. Dəb sahəsində rahat və xüsusi dizaynları ilə fərqlənən brenddir. Təklif edilən hər bir məhsul istedadlı dizaynerlər tərəfindən çəkilir və keyfiyyətli parçalardan istehsal olunur. Geyimlər yüksək keyfiyyətli və unikal olması ilə yanaşı, həm də hər dövrün dəbini özündə əks etdirir.

Yeni kolleksiyalarda Qarabağ ornamentlərini və dəyərlərini də görmək mümkündür. Məhsulların ölkədaxili və ölkəxarici çatdırılması mümkündür.

Brendin təklifləri haqqında veb-sayt, InstagramFacebook platformalarından daha ətraflı məlumat əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?