Kraliça Elizabet Mühəndislik Mükafatı

11 Iyun 2021 Xəbər
news-inner-photo

Kimlər müraciət edə bilər: bütün ölkələrdən olan namizədlər üçün açıqdır. Özünün namizədliyini irəli sürməsinə və ölümündən sonra namizədliyin verilməsinə icazə verilmir.

Son müraciət tarixi: 31 iyul 2021-ci il

Kraliça Elizabet Mühəndislik Mükafatı (QEPrize) bəşəriyyət üçün qlobal faydaları olan cəsarətli, inqilabi mühəndislik innovasiyalarını dəstəkləyir. Gəncləri mühəndislik peşəsini seçməyə ilhamlandırır və mühəndisləri sərhədləri aşmağa təşviq edir.

Müxtəlif, çoxşaxəli və daim inkişaf edən mühəndislik qlobal problemlərə həllər yaratmağa kömək edir və milyardlarla insanın həyatını yaxşılaşdırır. Mühəndislər yaşadığımız planetdə birlikdə işləməyimizi, ən kiçik hüceyrələri və ən uzaq ulduzları araşdırmağımızı, bütün dünya üzrə hərəkət etməyimizi təmin edir.

Mükafat:

500.000 funt sterlinq mükafat, bəşəriyyətə qlobal fayda gətirən cəsarətli, inqilabi mühəndislik innovasiyalarına məsul olan beşə qədər mühəndisə verilən dünyanın ən nüfuzlu mühəndis mükafatıdır.

Ətraflı məlumat əldə etmək və müraciət üçün rəsmi sayta keçid edin.

Mənbə: http://www.mladiinfo.eu/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?