Aut quia eos reprehe
“Rəqəmsal Şuşa” adlı Hakaton keçiriləcək
Salam, əziz həmvətənlilərimiz, sizi “Azerbaijani Future Ninjas” icması tərəfindən təşkil edilən “Rəqəmsal Şuşa” adlı Hakaton-a qoşulmağa dəvət edirik!
Hakatonun əsas məqsədi Şuşanın maddi və mədəni irsinin rəqəmsal dünyada tanıdılmasıdır. Bu çərçivədə iştirakçılar Şuşa ilə bağlı istənilən mövzuda həll yolu təklif edə bilərlər.
- Mədəni miras - Şuşada yerləşən tarixi abidələr, muzeylərin tanıdılması
- Tarixi şəxsiyyətlər - Şuşada yaşamış və ya anadan olmuş tarixi şəxsiyyətlərin tanıdılması
- Təbii miras - Şuşada yerləşən təbii sərvətlərin (göl, dağ, qoruq və s.) tanıdılması
- Digər ideyalar - Əgər sizin Şuşanın başqa bir mövzu çərçivəsində tanıdılması üçün ideyanız varsa, həmin ideyanın üstündə işləməkdə sərbəstsiniz.
Əsas Seçim Meyarları
- İdeyanın tətbiq olunma müddəti
- İdeyanın hansı səviyyədə hazır olması
- Seçilən mövzu üzrə məlumatların düzgünlüyü
- İdeyanın kreativliyi
Əldə edəcəkləriniz
- Komandada işləmək - Müxtəlif sahələrdə ixtisaslaşmış insanlarla bir komandada işləmək
- Fikir mübadiləsi - Kreativ ideyalar üçün açıq qapının olduğu məkan
- İnnovativ həll yolları - Rəqəmsal texnologiyalara dair bilik və təcrübənin mübadiləsi
- Rəqabət - Ən uğurlu layihələrin prototiplərinin mükafatlandırılması
Mükafatlar
10 komandanın iştirak edəcəyi yarışda 3 komanda mükafatlandırılacaq
1-ci yer
- 300 AZN
- Ödənişsiz data təlimi
- Milli suvenir
2-ci yer
- 200 AZN
- Ödənişsiz bootcamp
- Milli suvenir
3-cü yer
- 100 AZN
- 20% endirimli data təlimi
- Milli suvenir
Təşkilatçı
Müsabiqə "Azerbaijani Future Ninjas" icması tərəfindən təşkil olunur. İcmanın əsas məqsədi məhsul menecmenti, data analitikası, marketinq və dizayn sahəsində işləyən azərbaycanlıları bir araya gətirmək və təcrübələri bölüşməkdir.
Necə müraciət etmək olar?
Siz də bu şanslı iştirakçılardan biri olub əvəzolunmaz təcrübə qazanmaq istəyirsinizsə, elə indicə qeydiyyatdan keçin! Qeydiyyat forması: https://lnkd.in/dkXvbut
Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz: https://lnkd.in/dnEc4sE
Mənbə: https://inskillz.io/digitalshusha
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA