“Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçiriləcək

9 Iyun 2021 Xəbər
news-inner-photo

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyunun 15-də saat 20:00-da “Art management” layihəsi çərçivəsində “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçiriləcək.

Layihə çərçivəsində baş tutacaq təlim Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov tərəfindən reallaşacaq.

Xatırladaq ki, layihəyə rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların bu istiqamətlər üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.

Bu baxımdan, Azərbayacan Dövlət Rəsm Qalereyası yaradıcı şəxslər, rəssamlar və sənətşünasları silsilə vebinarlarda aktiv iştirak etməyə, öz potensiallarını aşkar edib yeni bilik, bacarıqlar əldə etməyə dəvət edir.

“Zoom” tətbiqi vasitəsilə keçiriləcək silsilə təlimlərdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art management” başlığını qeyd etməklə ([email protected]) qalereyanın elektron-poçt ünvanına müraciət etmələri xahiş olunur.

Təlimi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook”“İnstagram” sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Mənbə: http://azgallery.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?