Uşaqlarımızı muzeylərə aparmaq üçün 5 SƏBƏB

2 Iyun 2021 Məqalalələr
news-inner-photo

Muzeylər, uşaqlar üçün dərsdə onlara qaranlıq qala biləcək vacib detalların canlı nümunəsidir. Uşaqları muzeylərə apararaq, onlarda aşağıdakı qabiliyyətləri aşkara çıxara bilərik:

  1. Tarix sevgisi aşılamaq.

Övladınızı hər hansı bir sənət qalereyasına, müxtəlif profilli muzeylərə apardığınızda, onların tarixə yaxından şahid olmasını təmin edəcəksiniz.

Valideyn olaraq, muzeylərdə müzakirə olunan mövzularda mütəxəssis olmaq məcburiyyətində deyilsiniz, ancaq muzeydə gördüyünüz məlumatverici məqalələri oxumaqla uşağınızı sual verməyə təşviq edə bilərsiniz. Bununla da onun tarixə məhəbbət qazanmasına yol açmış olacaqsınız.

  1. Tənqidi düşünmə bacarığı verir.

Muzeylər uşaqlara onlar üçün nəyin vacib olmasını düşünmək imkanı verir. Beləliklə, onlar tənqidi düşünmə bacarığı qazanırlar.

Məsələn, prifilindən asılı olmayaraq hər bir muzeydə müxtəlif sənət sahələrinə aid nümunələr qorunur. Beləliklə də, uşaqlar muzeyi gəzərkən üslub, mövzu və texnika baxımından fərqli sənət əsərləri ilə qarşılaşırlar və müqayisə etmə qabiliyyətinə yiyələnirlər.

  1. Sual verməyə təşviq edir.

Muzeyə getmək uşağınızdakı marağı ortaya çıxarır. Bu maraq hissi özü ilə suallar gətirir. Bunlardan bəziləri cavabları olan suallar olacaq, bəzi suallar sizi düşündürə bilər və bəzilərinin cavabları olmaya bilər.

Uşağınızı sual verməyə təşviq edin və sualların cavablarını bilməsəniz də narahat olmayın. Övladınızdan cavab haqqında nə düşündüyünü soruşun və fikirlərini dinləyin.

  1. Yeni fikirlərə açıq olmasını təmin edir.

Mövzu və eksponatlar haqqında əvvəlcədən məlumatınız olmadığı bir muzeyi ziyarət edə bilərsiniz. Beləliklə, siz və övladlarınız yeni fikir və anlayışlarla tanış olacaqsınız.

  1. Təxəyyülü inkişaf etdirir.

Şagirdlərin tarix dərsində əldə etdikləri biliklər və muzeylərdə gördüyü nümunələr, onların təxəyyülündə tarixin görüntülərini canlandırır.

Mənbə: https://www.facebook.com/museumaze/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?