Mədəniyyətlərarası İnnovasiya Mükafatı

30 Aprel 2021 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 27 may 2021-ci il

Mədəniyyətlərarası İnnovasiya Mükafatı BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və BMW Group əməkdaşlığı çərçivəsində təşkil edilən, müxtəlif mədəniyyətlərdən və dinlərdən olan insanlar arasında mədəniyyətlərarası dialoqu təşviq edən və xalqlar arasında qarşılıqlı hörmət yaratmaqla daha dinc və sosial cəhətdən inklüziv bir dünya üçün innovativ layihələri dəstəkləyən təşəbbüsdür.

Kimlər iştirak edə bilər?

Mədəniyyətlərarası İnnovasiya Mükafatına mədəniyyətlərarası dialoqun təşviqi, müxtəlif və bütöv cəmiyyətlərin inkişafına yönəlmiş layihələr həyata keçirən və fəaliyyət dairələrini genişləndirməyə hazır olan qeyri-kommersiya təşkilatları müraciət edə bilər. Buna misal olaraq gender bərabərliyini, qadınların gücünü, ksenofobiya, ekstremizm və şiddətin qarşısını alan, idman, incəsənət və mədəniyyəti sosial dəyişiklik alətləri kimi təşviq edən layihələri misal göstərə bilərik. Mədəniyyətlərarası İnnovasiya Mükafatı birdəfəlik tədbirləri dəstəkləmir (məsələn, festivallar, tədbirlər, konfranslar və s.).

Bu il gender bərabərliyini təşviq edən, zorakı ekstremizmə, nifrətə və qərəzli fikirlərə qarşı mübarizə, sosial həmrəylik və müxtəliflik üçün vasitə olaraq incəsənət, mədəniyyət və idmanı təbliğ edən layihələrə diqqət yetiriləcəkdir.

Seçilmiş layihələrin sosial təsirindən istifadə etmək üçün bütün 10 finalçının hamısına eyni maddi yardım veriləcək. Bundan əlavə finalçılar fərdi və peşəkar məsləhətlər alacaq və müxtəlif təlim və seminarlarda iştirak edəcəklər. İştirakçılar həmçinin UNAOC və BMW Group tərəfindən vətəndaş cəmiyyəti təşkilatları və dünyada mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində çalışan gənc liderlər üçün hazırlanmış özəl bacarıq və məlumat mübadiləsi platforması olan “Mədəniyyətlərarası Liderlər” layihəsində iştirak etmək hüququ qazanacaqlar.

Mükafat

10 finalçı toplam 200.000 ABŞ dolları məbləğində maliyyə yardımı əldə edəcək.

Qeydiyyatdan keçmək üçün linkdən istifadə edə bilərsiniz.

Ətraflı məlumat almaq üçün rəsmi internet səhifəsinə daxil olmağınız xahiş olunur.

Mənbə: https://interculturalinnovation.org/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?