“Azərbaycan Animasiya Assosiasiyası” adlı ictimai birlik yaradılır

9 Aprel 2021 Xəbər
news-inner-photo

8 aprel 2021-ci il tarixində "Azərbaycan Animasiya Assosiasiyası" (AAA) ictimai birliyinin yaradılması ilə bağlı görüş keçirilmişdir. Onlayn görüşdə animasiya studiyalarının təmsilçiləri, animasiya peşəkarları, animasiya həvəskarları AAA-nın qurulmasında iştirak etməyə maraqlarını ifadə etdilər.

Görüşdə Mədəniyyət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və İnnovativ İnkişaf şöbəsinin Beynəlxalq Layihələr və İnnovasiyalar sektorunun müdiri Ramil Abbəkirov iştirak etmişdir. O, qeyri-hökumət təşkilatlarının əhəmiyyəti və onların cəmiyyətə və mədəniyyətə fayda verə biləcəyi haqqında söhbət açmışdır. R.Abbəkirov həmçinin animasiya sənayəsinin perspektivi haqqında da geniş məlumat vermişdir.

AAA-nın həmtəsisçisi Kamilə Məmmədova iştirakçılara tezliklə yaradılacaq AAA-nın dəyərləri, məqsədləri və quruluşu haqqında məlumat vermişdir. K.Məmmədova bildirmişdir ki, “Azərbaycan Animasiya Assosiasiyası”nın əsas fəaliyyət istiqamətləri aşağıdakı kimi olacaqdır:

  • Milli animasiya kinosunun incəsənətini və sənayəsini inkişaf etdirmək
  • Vahid onlayn animasiya platformasını yaratmaq
  • Animasiya vasitəsi ilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliyi təşviq etmək
  • Animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək vermək
  • Milli animasiya maraqlarını müdafiə etmək
  • Milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etmək

Görüşdə həmçinin yazıçı Reyhan Yüsifqızı, animasiya rejissoru Firəngiz Qurbanova, animator Elşən Abdullayev və prodüser Rəşid Ağamalıyev çıxış ediblər.

Sonda tezliklə yaradılacaq ictimai birliyin təsisçiləri bütün iştirakçıları AAA-nın qurulmasında iştirak etməyə səslədilər.

Tam onlayn görüşü buradan izləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?