“Bizim sevimli dostlarımız” fotomüsabiqəsinə start verilib

7 Aprel 2021Xəbər
news-inner-photo

Ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Bizim sevimli dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsinə start verilib. Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə 5 aprel – 5 may tarixlərini əhatə edir.

Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərdə foto sənətinə maraq yaratmaq, onların asudə vaxtını səmərəli və faydalı təşkil etmək, yaradıcılıq potensiallarını inkişaf etdirmək, həmçinin istedadlı uşaq və gəncləri üzə çıxarmaqdan ibarətdir.

Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 3 mərhələdə keçirilir:

  • I mərhələ - 5-25 aprel 2021-ci il. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş 1 fotoşəkil və iştirakçı haqqında məlumat [email protected] elektron ünvanına göndərilməlidir.
  • II mərhələ - 25-29 aprel 2021-ci il. Bu mərhələdə qaliblər müəyyən edilir.
  • III mərhələ - 5 may 2021-ci il. Bu mərhələdə müsabiqənin yekunu və qaliblər haqqında məlumatlar kütləvi informasiya vasitələrində geniş işıqlandırılır.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

  • Fotoşəkillər qeyd olunan mövzuya uyğun çəkilməlidir (təbiətdə və ev şəraitində olan heyvan və quşların fotosu);
  • Fotoşəkillər ekopark, zoopark, meşə, qoruq, park və bağlarda çəkilə bilər;
  • Fotoşəkil məktəbli (dərnək üzvü) tərəfindən çəkilməlidir. Professional və ya peşəkarlar tərəfindən çəkilən və internetdən götürülən fotoşəkillər qəbul edilmir;
  • Fotoşəkil telefon, planşet və ya fotokamera ilə çəkilə bilər;
  • Fotolar aydın və keyfiyyətli çəkilməlidir;
  • Fotoşəkillərin həcmi 3-4 mb-dan az olmamalıdır;
  • Müsabiqəyə hər müəssisədən yaş qrupları üzrə 1 iştirakçı yalnız 1 işi təqdim etməlidir;
  • Fotolar və iştirakçı haqqında məlumatı (adı, soyadı, yaşı, təhsil aldığı məktəb və ya məşğul olduğu müəssisənin adı, yaşadığı şəhərin, rayonun adı) müsabiqənin təşkilat komitəsinin [email protected] elektron ünvanına  göndərilməlidir.

Müsabiqənin qalibləri və fəal iştirakçıları Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.

Mənbə: https://edu.gov.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Stay in touch

Subscribe
Success subscribeFail subscribe
Thank you