Spotify: Musiqi sənayesi üçün yeni imkan

24 Fevral 2021 Xəbər
news-inner-photo

Bildiyimiz kimi Spotify platforması ölkəmizdə əlçatan deyildi. Ondan istifadə edən yerli dinləyicilər ölkə parametrini dəyişməli olurdular. Platformanın son günlərdə verdiyi məlumata, əsasən Spotify dünyanın ən populyar audio yayım abunə xidmətini dünyanın 80-dən çox yeni bazarında bir milyarddan çox insana təqdim edəcək. Həmçinin platformaya 36 dil əlavə ediləcək. Bu qərar Spotify-ın bu günə olan ən böyük bazar genişlənməsini təmsil edir.

Spotify-ın fəaliyyət sahəsinə daxil edilən bazarlar arasında Azərbaycan da qeyd olunub. Artıq yerli musiqi həvəskarları və peşəkarlar öz əsərlərini qlobal platformada təqdim edə biləcəklər. Həvəskarlar üçün platformanın yenilikçi alətləri peşəkara çevrilməkdə böyük rol oynayacaq. Peşəkar musiqiçilər isə qlobal musiqi bazarına inteqrasiya etmiş olacaqlar. Bir sözlə, ölkəmizin zəngin musiqi mədəniyyəti Spotify-ın qlobal hədəf auditoriyasına çata biləcək.

Bu xəbər yalnız musiqi sənət sahiblərini deyil, hər birimizi sevindirir. Kreativ sənaye üçün uğurlu olacağına inanırıq.

Mənbə: https://newsroom.spotify.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?