Startapçı Qadınlar üçün İnkubasiya Proqramı

23 Fevral 2021 Xəbər
news-inner-photo

FemTech, Next Step İnnovasiya Mərkəzi və Sosial Biznes Gənclər Mərkəzi qadın sahibkarlar üçün inkubasiya proqramını açıq elan edir.

Əla ideyanızın olduğunu, amma növbəti mərhələdə nə edəcəyinizi bilmirsiniz və dəstək axtarışındasınız? O zaman, qadınlar üçün inkubasiya proqramı tam olaraq sizin üçündür.

12 həftəlik inkubasiya proqramı yaradıcıları həlledici erkən mərhələdə kouçinq dəstəyi ilə təmin edir, ideyanın əsas istiqamətlərini müəyyənləşdirməyə, demo versiyanı (Minimal Tətbiq Məhsulu - MVP) yaratmağa və daha sonra təkrarlana bilən və böyüyə bilən satış prosesi yaratmaq üçün möhkəm təməl qurmağa kömək edir.

Əsas olaraq inkubasiya ideyanızı reallaşdırmaq və onu irəli aparmaq imkanıdır. İdeyanın tamamlanması erkən mərhələ yaradıcıları üçün bu bacarığı daha da gücləndirir, demolardan və sürətli prototiplərdən istifadə edərək cəlbedici təkliflər yaratmağa kömək edir. İştirakçılar bu proqram vasitəsilə bazara çıxmağa hazır olmaq üçün bizneslərinin MVP-ni necə müəyyənləşdirəcəklərini və hazırlayacaqlarını aşağıdakı mövzular üzrə öyrənəcəklər.

  • Gəlirli biznes modelinin inkişafı
  • Müştəri probleminin öyrənilməsi
  • Müştəri validasiyası strategiyasının qurulması
  • MVP-nin qurulması
  • Demolardan istifadə
  • Məsləhətçilər və investorlarla kommunikasiyalar

İndi qoşulun:

Mənbə: https://www.facebook.com/StartupAz/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?