Alp Təqaüdü Təsviri Sənət Mükafatı 2021

20 Fevral 2021 Xəbər
news-inner-photo

Kimlər iştirak edə bilər: 18 yaşdan yuxarı hər kəs

Son müraciət tarixi: 1 aprel 2021-ci il

Alp Təqaüdü 2021 Mükafatları “Vəhşi Təbiət və Sivilizasiya” mövzusunda ən yaxşı təsviri sənət işlərinə veriləcək.

Uyğunluq meyarları

  • 18 yaşdan yuxarı bütün ölkələrdən olan iddiaçılar üçün açıqdır.
  • Rəsm, heykəltəraşlıq, video və instalyasiya daxil olmaqla bütün növ təsviri sənət işləri qəbul edilir.
  • 1 iddiaçı yalnış bir dəfə iştirak edə bilər.
  • Təqdim edilən əsər daha əvvəl hər hansı müsabiqədə qalib və ya iştirakçı qismində iştirak etmiş olmamalıdır. (Alp Təqaüdü Təsviri Sənət Mükafatı daxil olmaqla)
  • Münsiflər heyətinin qərarı qətidir və heç bir müdaxilə edilə bilməz.
  • Müraciətlər anonim şəkildə dəyərləndiriləcək. Təqdim edilən əsərdə adınız qeyd edilməməlidir.

Mükafat

Qalib 2000 funt-sterlinq pul mükafatı və Fyelnes şəhərindəki (Fjällnäs) simpoziuma əsərin gətirilib quraşdırılması, eləcə də müəllifin səyahət xərcləri üçün 1000 funt-sterlinq maliyyə dəstəyi əldə edəcək. Bütün yemək və yaşayış xərcləri Alp Təqaüdü tərəfindən qarşılanacaq.

İkinci yerin qalibi Fyelnes simpoziumunda öz işini nümayiş etdirmək üçün dəvət olunacaq. Bütün yemək və yaşayış xərcləri qarşılanacaq. Səyahət xərclərinin 500 funt-sterlinqə qədər olan hissəsi ödəniləcək.

Müraciət etmək üçün rəsmi səhifəyə daxil olun.

Mənbə: https://alpinefellowship.com/visual-art-prize

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?