Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Media üçün müsabiqə elan edir

19 Fevral 2021Xəbər
news-inner-photo

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 2021-ci il fevral ayının 18-də Azərbaycanın çap, TV/radio və onlayn mediası üçün Aİ-Azərbaycan əməkdaşlığına dair müsabiqə elan edib. 18 fevral 2021-ci ildən etibarən Avropa İttifaqı haqqında dərc olunan bütün işlər qəbul edilir.

Aşağıdakı Texniki Tapşırıq iştirakçıları müsabiqə boyunca istiqamətləndirəcək.

Əsas məqsəd Aİ-nin həyata keçirdiyi tədbirlər və onların Azərbaycan əhalisinin gündəlik həyatına təsiri barədə ictimai məlumatlılığı artırmaqdır.

Təqdim olunan işlər Aİ-Azərbaycan əməkdaşlığının aşağıdakı aspektlərini əhatə etməlidir:

A. Dörd Tərəfdaşlıq prioriteti üzrə Aİ-Azərbaycan münasibətləri

  • iqtisadi inkişaf və bazar imkanları,
  • qurumların gücləndirilməsi və yaxşı idarəçilik,
  • əlaqəlilik, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi,
  • mobillik və insanlar arasında əlaqələr.

B. Layihələrin əhatə olunan prioritet ərazilərə təsiri.

Hər bir ərizəçi aşağıdakı Mükafat Kateqoriyalarından yalnız biri üzrə və yalnız bir iş təqdim edə bilər:

  • A. Çap və ya onlayn mediada ən yaxşı yazı;
  • B. Televiziyada ən yaxşı reportaj;
  • C. Radioda ən yaxşı reportaj;
  • D. Ən yaxşı onlayn və ya çap bloqu, çap və ya onlayn mediada ən yaxşı rəy və ya köşə yazısı;
  • E. Aİ layihəsini əks etdirən ən yaxşı sənədli fotoşəkil.

Təqdim olunan işlər aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

  • faktlara uyğunluq;
  • işıqlandırmanın dərinliyi;
  • diqqət mərkəzi;
  • ədalətlilik və balans;
  • yaradıcılıq və üslub;
  • təsir;

Təqdim olunan işlər layihənin mahiyyətini ümumi auditoriyaya sadə dillə və oxunaqlı üslubda təqdim edərək layihə nəticələrini və onun adi insanların həyatına təsirini göstərməlidir.

Münsiflər heyəti Azərbaycanın media mütəxəssislərindən ibarət olacaq və məsləhətçi qismində çıxış edəcək. Münsiflər heyətinin rəyləri Aİ-nin Azərbaycandakı Nümayəndəliyinə təqdim ediləcək və Nümayəndəlik qalibləri elan edərkən onları nəzərə alacaq. Bu qərarlar yekundur və onlardan şikayət verilə bilməz.

Müraciət qaydaları

  • İşlərin təqdim olunması üçün son tarix 23 aprel 2021-ci ildir.
  • Təqdim olunan işlər 18 fevral - 18 aprel 2021-ci il tarixləri (18 aprel daxil olmaqla) arasında dərc edilmiş/yayımlanmış/yüklənmiş olmalıdır.
  • İşlər Azərbaycan, ingilis və ya rus dillərində olmalıdır.
  • Azərbaycan vətəndaşları və ya Azərbaycanda akkreditə olunmuş beynəlxalq media nümayəndələri iştirak edə bilər.
  • Komanda işləri qəbul edilir, lakin komanda üzvlərinin sayı üçdən (3) artıq olmamalıdır. Komanda qalib gələrsə, bütün komandaya 1 mükafat verilir.
  • Dərc edilmiş/yayımlanmış/yerləşdirilmiş materialların linkləri “Press Contest” mövzusu altında aşağıdakı elektron poçt ünvanına göndərilməlidir: [email protected](link sends e-mail)

Mükafatlandırma qərarı

  • Beş kateqoriyanın hər biri üzrə qaliblər 500 AZN məbləğində hədiyyə kartı mükafat alacaq.
  • Müsabiqənin bütün iştirakçılarına sertifikat və hədiyyələr.
  • Mükafatlandırma qərarı may ayında elan ediləcək. Müsabiqənin bütün iştirakçılarına müvafiq olaraq məlumat veriləcək.

AI layihələrinin əlaqə nömrələri və ya hər hansı digər əlavə məlumat üçün bu e-poçt ünvanına yaza bilərsiniz: [email protected]

Mənbə: https://eeas.europa.eu/delegations/azerbaijan_az

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Stay in touch

Subscribe
Success subscribeFail subscribe
Thank you