“Bir sevinək, bir gülək” Respublika Uşaq Yaradıcılıq Müsabiqə - Festivalına start verilir

18 Fevral 2021Xəbər
news-inner-photo

17 fevral - 17 mart 2021-ci il tarixlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagird və dərnək üzvləri arasında Bahar bayramına həsr olunmuş “Bir sevinək, bir gülək” adlı onlayn Respublika Uşaq Yaradıcılıq Müsabiqə-Festivalına start verilib. Müsabiqə-Festival Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onların istedad və bacarıqlarını üzə çıxarmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına şərait yaratmaq, Novruz adət-ənənələrini, milli mənəvi dəyərlərimizi təbliğ etməkdən ibarətdir.

Onlayn təşkil olunan müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 3 nominasiya – “Bədii qiraət”, “Təsviri-tətbiqi sənət” və “Vokal ifaçılığı” üzrə keçirilir.

“Bədii qiraət” nominasiyası üzrə tələblər:

  • İştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeir təqdim edə bilər;
  • Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır;
  • Videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər;
  • Videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır;
  • İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınmalıdır.

“Təsviri-tətbiqi sənət” nominasiyası üzrə tələblər:

  • İşlərin işlənmə texnikası sərbəstdir;
  • İşlərin formatına məhdudiyyət qoyulmur;
  • Novruz adət-ənənələrini əks etdirən rəsm və dekorativ tətbiqi sənət nümunələrində ideya bədii cəhətdən qeyri-adi ifadə tərzi, orijinal yanaşma və müxtəlif texnikaların tətbiqi öz əksini tapmalıdır;
  • Müsabiqəyə təqdim edilən yaradıcılıq nümunələrinə tətbiqi sənətin müxtəlif sahələri
  • keramika, xalçaçılıq, metal üzrə iş, daş və ağac üzərində oyma, bədii toxuma və tikmə,qurama, şüşə üzərində iş, qobelen və batika daxildir.

"Vokal ifaçılığı" nominasiyası üzrə tələblər:

  • Xalq və bəstəkar mahnıları olmalıdır;
  • Folklor janrı (saz ifası, nəlbəkidə ifa, tütək, balaban, ney, kanon, qara zurna, ud);
  • İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər;
  • İştirakçı seçdiyi nominasiya üzrə bir nömrədən ibarət videogörüntü təqdim etməlidir;
  • Təqdim olunan mahnı 3-4 dəqiqədən artıq olmamalıdır;
  • Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər;
  • İştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;
  • Təqdim olunan videogörüntülər aydın və keyiyyətli olmalıdır.

İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin və ya məşğul olduğu müəssisənin adı, təqdim etdiyi işin adı qeyd olunmalıdır. "Bədii qiraət” nominasiyası üzrə işlər 11 mart 2021-ci il tarixinədək [email protected] , “Təsviri-tətbiqi sənət” nominasiyası üzrə işlər [email protected], “Vokal ifacılığı” üzrə işlər [email protected] elektron poçt ünvanlarına göndərilməlidir.

Müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunacaq və qalib işlər sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

Mənbə: https://edu.gov.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Stay in touch

Subscribe
Success subscribeFail subscribe
Thank you