Aut quia eos reprehe
22-ci Qrenxen Triennalesi 2021 - Mini Çap Yarışması
Təşkilatçı: Kunstgesellschaft Grenchen (İsveçrə) və Land Art Biel / Bienne mədəniyyət assosiasiyası
Kimlər iştirak edə bilər: dünyanın hər yerindən rəssamlar üçün ödənişsiz
Son müraciət tarixi: 30 aprel 2021-ci il
22-ci Qrenxen Triennalesi müsabiqəsinin məqsədi dünyanın hər yerindən ksiloqrafik çapda bədii incəsənət fəaliyyətlərini nümayiş etdirmək və tanıtmaqdır. Bu səbəbdən, Qrenxen Triennalesi dünyanın hər yerindən olan rəssamlar üçün müsabiqə təşkil edir. Müsabiqəyə təqdim edilən işlər Qrenxen, Zoloturn və Evilar şəhərlərinin sərgi məkanlarında nümayiş etdiriləcək.
Müsabiqənin mövzusu: “Vaxtsız Zaman”
Uyğunluq meyarları
İşlər üzrə tətbiq olunan texnika istənilən daşıyıcıda ağ-qara rəngdə çap olunmaqla ksiloqrafiya (tipoqrafik çap) ilə məhdudlaşır.
Kağız ölçüsü: 148 x 210 mm, A5 (portret formatı)
Motivin ölçüsü: 110 x 150 mm (portret formatı)
Mükafatlar
- Mövzunun interpretasiyası: 1.000 İsveçrə frankı
- Tətbiqi texnologiya: 700 İsveçrə frankı
- İnnovasiya: 700 İsveçrə frankı
- Tamaşaçı Mükafatı: 600 İsveçrə frankı
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi səhifəyə daxil olun.
Mənbə: https://intercompetition.com/
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA