Oyun Qurucuları üçün Global Game Jam Azerbaijan başlayır: Qeydiyyata tələsin!

7 Yanvar 2021 Xəbər
news-inner-photo

27 - 31 yanvar tarixlərinlərində eyni anda 200-ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq.

Jam pandemiya səbəbindən onlayn keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla əlaqələndirməkdir.

Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan onlayn keçirilir. Bütün oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, Ui/UX dizaynerlər, 3D modelçilər, səs və vizual effekt peşəkarları GGJ Azerbaijan-a dəvətlidirlər!

Tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. Bütün iştirakçılar dəyərli hədiyyələr və sərhədsiz təcrübə əldə edəcəklər.

Tədbir Game Tech Azerbaijan-ın təşkilatçılığı, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SUP VC, Next Step İnnovasiya mərkəzi , Kreativ Azərbaycan və Mad Rooster şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək.

Global Game Jam Azerbaijan-da kimlər iştirak edə bilər?

Global Game Jam Azerbaijan-da 18 yaşı tamam olan hər kəs iştirak edə bilər.

Jam-da iştirak etmək üçün təcrübə lazım deyil. Dizaynerlər, inkişaf etdiricilər, rəssamlar, musiqiçilər, memarlar, hər kəs və hər kəs GGJ zamanı oyun hazırlamaq üçün özlərini sınamağa dəvətlidir. Fikir vermək, oyun testi və mənəvi dəstək verməklə bir çox yeni bacarıqlara söykənə və komandanızı dəstəkləyə bilərsiniz.

Necə qeydiyyatdan keçmək olar?

Qeydiyyat iki mərhələdə baş verir:

1. İlk olaraq şəxsi qeydiyyat üçün bu https://globalgamejam.org/user/signup/to/participate/using link-ə keçidə gedərək formu doldurursunuz və e-mail ünvanınızla qeydiyyatdan keçirsiniz. Növbəti mərhələdə isə sizə təstiq məktubu gəlir və siz oradakı keçidi açaraq https://globalgamejam.org/ - yönləndirilirsiniz. Açılan səhifədə "Participate in a jam" seçimini edərək, qeydiyyatınızı tamamlamış olursunuz.

2. Aşağıda əlavə edilmiş link-dən istifadə edərək google form-u doldurmağı unutmayın!

Mənbə: https://www.facebook.com/gamejamaz/

Bizi sosial şəbəkələrdə izləyin:

Facebook:  facebook.com/creative.az  

Instagram: https://www.instagram.com/kreativaze/

LinkedIn: https://www.linkedin.com/company/kreativaze

Telegram: https://t.me/kreativaz

Twitter: https://twitter.com/KreativAze

YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?