Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı “Ordumuz üçün yarat” sənət aksiyasını elan edir

13 Oktyabr 2020 Xəbər
news-inner-photo

Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı (creative.az) Vətən torpaqlarını işğaldan azad etmək uğrunda müqəddəs savaşın getdiyi bu günlərdə hərbçilərimizə mənəvi dəstək olmaq, cəmiyyətdə vətənpərvərlik ruhunu daha da yüksəltmək məqsədilə “Ordumuz üçün yarat” sənət aksiyasını elan edir.

Bu günlər ölkəmiz üçün taleyüklü, eyni zamanda qürurverici tarixə şahidlik edirik. Bu tarixi döyüş meydanında qəhrəman əsgər və zabitlərimiz yazır. Onların rəşadəti sənət, yaradıcılıq qabiliyyəti olan insanlarımız üçün də ilham qaynağıdır.

Aksiyanın təşkilində əsas məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda canından belə keçməyə hazır olan igidlərimizin hərb meydanındakı şücaətinin, vətənsevərlik ruhunun sənət əsərlərində, bədii yaddaşda əks etdirilməsinə zəmin yaratmaq və yaradıcı potensiala malik hər kəsin yeni işlərinin ərsəyə gəlməsinə təkan verməkdır.

Layihəyə qoşulacaq hər bir iştirakçı özünün əl işi, yaratdığı əsərlə Ordumuza sənət dəstəyini ifadə edəcək və aksiya çərçivəsində ərsəyə gələcək işlər torpaqlarımızın bütövlüyünü qoruyan hərbçilərimizə həsr ediləcəkdir.

Aksiyada müxtəlif növ yaradıcılıq bacarığı ilə iştirak edilməsi təklif edilir. Bunlar əl işi, təsviri sənət nümunəsi, dizayn, mahnı, şeir və s. ola bilər.

Aksiyaya qoşulmaq üçün əsərlərin sosial şəbəkələrdə “Kreativ Azərbaycan” səhifəsini (facebook.com/creative.az) qeyd edərək paylaşılması tələb edilir. Biz öz tərəfimizdən bu əsərlərin mütəmadi olaraq hərbçilərimizlə bölüşülməsini həyata keçirəcəyik. 

Əlaqə üçün müraciət edə bilərsiniz:

Tel.: (012) 505 05 85

E-mail: [email protected]

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaze

Bu məqalə sizin üçün faydalı oldumu?