Rəqsə yeni başlayanlar üçün 5 tövsiyə

16 Sentyabr 2020 Məqalalələr
news-inner-photo

Rəqsə başlamaq istəyirsiniz? Bu məqalədə başlamağa kömək edəcək 5 faydalı məsləhət haqqıda danışacağıq.

Fərqli rəqs növlərini öyrənin

O qədər fərqli rəqs üslubları vardır ki, rəqs etməyi öyrənməyə qərar verdiyiniz zaman hansını seçəcəyinizə əmin olmaya bilərsiniz. Doğru qərar müxtəlif rəqs üslublarını sınaqdan keçirməkdir. Bir üslubda mükəmməl olmaq üçün illərin təcrübəsinə ehtiyac var – bu həqiqətdir, amma fərqli rəqs üslublarını başlanğıc səviyyədə öyrənmək daha az vaxt alır və daha faydalı ola bilir.

Birinə fokuslanmaq əvəzinə müxtəlif üslubları bir az öyrənmək üçün vaxt ayırın. Breyk dansdan idman bal rəqslərinə qədər hər bir rəqsin olduğu müxtəlif tədbirlərdə özünüzü tapa bilərsiniz.

Musiqi dinləyin və ritminizi tutun

İnsanlar rəqs edirlər, çünki onlar rəqs etmək üçün hər hansı ritmdən ilham alırlar. Ən sadə formada rəqs bir ritmə uyğun ayaq döyməsi ilə başlayır və növbəti hərəkətlər ardıcıl olaraq davam edir. Nəticədə rəqs yaranır.

Yaxşı rəqqas olmaq üçün musiqini hiss etməli və bu hissi hərəkətlərlə ifadə edə bilməlisiniz. Yeni başlayanlar üçün ritmə yaxın olmaq önəmlidir. Seçdiyiniz rəqs üslubuna uyğun mahnıları bir araya toplayın və fürsət tapdıqca dinləyin. Özgüvəni artırmaq üçün rahat bir məkanda, evinizdə bir neçə əsas addımı sınaqdan keçirin.

Rəqs edərkən aşağıya yox, yuxarıya doğru baxın

Rəqsə yeni başlayanlar tərəfindən edilən geniş yayılmış bir səhv rəqs etməyi öyrənərkən ayaqlarına baxmalarıdır. Bu tamamilə təbiidir, amma bu hərəkətdən qaçmaq lazımdır. Rəqs görməklə bağlı deyil, əksinə hiss etməklə bağlıdır.

Ayaqlarınıza baxmaq əvəzinə rəqs hərəkətlərini yada salmağınız üçün addımları atarkən çəkinizin və istiqamətinizin dəyişməsi ilə onları necə hiss etməyə çalışın. Əgər partnyorla rəqs edirsinizsə, rəqsin əsas hərəkətlərində ona diqqət edin, sınayın və hiss edin.

Fərqli partnyorlarla rəqs edin

Rəqsə yeni başladığınız zaman partnyorla və ya dostunuzla rəqs etməyi istəmək normaldır. Bununla birgə müəyyən dərəcədə rahatlıq, amma yorğunluq da əmələ gəlir. Xüsusilə rəqsə yeni başladığınız zaman müxtəlif insanlarla rəqs etməyi sınayın. Həmin insanların musiqiyə olan fərqli interpretasiyaları sizin rəqsə özünəməxsus yaxınlaşmağınız üçün yeni yol göstərəcək.

Özünüzdən daha çox təcrübəli biri ilə rəqs etmək müəyyən narahatlıqlar yaratsa da, bu yeni təcrübə qazanmaq, həssas və düzgün rəqqas olmaq üçün bir fürsətdir. Hər rəqsi özünüz və partnyorunuz üçün yeni öyrənmə fürsətinə çevirin.

Rahat olun və rəqs etməkdən zövq alın

Yadda saxlayın, rəqs sıxıcı və ya rutin iş deyil, əksinə əylənməkdir. Rəqs qan təzyiqini artırmağa yox, aşağı salmağa kömək edir, özünüzü stressə salmayın.

Nə qədər rəqs hərəkəti bilməyinizə baxmayaraq bir-birinizə diqqət edərək və əyləndiyinizi hiss elətdirərək istənilən şəxslə rəqs edərkən əylənə bilərsiniz. Rahat olun və rəqs etməkdən zövq alın.

Mənbə: https://www.realbuzz.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/ 
 

Bu məqalə sizin üçün faydalı oldumu?