Beynəlxalq İllüstrasiya Müsabiqəsi 2020

15 Sentyabr 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 7 oktyabr 2020-ci il
Kimlər iştirak edə bilər: müsabiqə dünyanın hər yerindən illüstratorlar üçün açıqdır.

Təsvir

Müsabiqə Yaponiya qrafik proqram təminatı şirkəti olan Celsys tərəfindən təşkil olunur. “Celsys 10 sentyabrdan etibarən 21 avqustda Clip Studio Paint for Galaxy-nin istifadəyə verilməsini qeyd etmək məqsədilə dünyanın dörd bir yanından illüstratorlara beynəlxalq illüstrasiya müsabiqəsini açıq elan edir.

Müsabiqənin mövzusu: "Galaxy-nin ən şirin personajı”dır.

Müsabiqəyə ənənəvi və qrafik illüstrasiyalar təqdim edilə bilər. Rəqəmsal işlərin yaradılması üçün istifadə edilən proqram təminatında isə heç bir limit yoxdur.

Namizədlər öz işlərini Twitter, Facebook və Instagram sosial şəbəkələrində müsabiqənin həştəqindən istifadə edərək təqdim edə bilərlər.

İştirak haqqı:

Müsabiqədə heç bir iştirak haqqı tələb olunmur.

Mükafatlar

Əsas hədiyyə:

Pul mükafatı: 10,000 ABŞ dolları
Wacom Cintiq 22 (DTK-2260/K0D) LCD tablet
Samsung Galaxy Buds Live naqilsiz qulaqcıqlar
Clip Studio Paint EX aktivləşdirmə kodu (3 illik)
Mükafat lövhəsi

II yer (1 qalib):

Pul mükafatı: 3,000 ABŞ dolları
Wacom One (DTC133W0D) LCD tablet
Samsung Galaxy Buds Live naqilsiz qulaqcıqlar
Clip Studio Paint EX aktivləşdirmə kodu (3 illik)
Mükafat lövhəsi

LavenderTowne mükafatı:

Pul mükafatı: 3,000 ABŞ dolları
A special prize from LavenderTowne
Samsung Galaxy Buds Live naqilsiz qulaqcıqlar
Clip Studio Paint EX aktivləşdirmə kodu (3 illik)
Mükafat lövhəsi

III-V yerlər:

Pul mükafatı: 1,000 ABŞ dolları
Wacom One (DTC133W0D) LCD tablet
Samsung Galaxy Buds Live naqilsiz qulaqcıqlar
Clip Studio Paint EX aktivləşdirmə kodu (2 illik)
Mükafat lövhəsi

VI-X yerlər:

Pul mükafatı: 300 ABŞ dolları
Wacom One (DTC133W0D) LCD tablet
Samsung Galaxy Buds Live naqilsiz qulaqcıqlar
Clip Studio Paint EX aktivləşdirmə kodu (2 illik)
Sertifikat

Fəxri yerlər (10 qalib):

Samsung Galaxy Buds Live naqilsiz qulaqcıqlar

LavenderTowne illustrasiyalı T-shirt (L ölçüdə)

Clip Studio Paint PRO aktivləşdirmə kodu (2 illik)

Sertifikat

Necə müraciət etmək olar?

Ətraflı məlumat almaq və müraciət etmək üçün xahiş olunur ki, rəsmi sayta keçid edəsiniz.

Mənbə: https://intercompetition.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?