Yaradıcı sahibkar kimi uğurlu olmağın 5 şərti

14 Sentyabr 2020 Məqalalələr
news-inner-photo

Bu məqalə - “Yaradıcı sahibkar kimi uğurlu olmağı 5 şərti” ilk dəfə 2017-ci ilin avqust ayında İspaniyada çap olunan “Bogotá Naranja” dərgisində nəşr olunmuşdur.

Biz sahibkarlara “Uğurlu olmaq istəyirsinizmi?” sualını versək, sözsüz ki, onların hamısı “Hə” cavabını verəcək. Əgər uğura tərif vermələrini istəsək, bu zaman cavablar bir-birindən fərqlənəcək. Bəzi insanlar üçün uğur sosial təsir, digərləri üçün beynəlxalq layihələr, yaxud tanınma və mükafatlardır. Bəziləri böyük komanda qurmaq, bəziləri isə təkbaşına bütün işlərin öhdəsindən gəlmək istəyirlər. Həyat tərzi bir çoxları üçün vacib amildir. Əlbəttə ki, gəlir əldə etmək önəmlidir, ancaq bu sadəcə pul ilə əlaqəli məsələ deyil. Hamı bu və ya digər elementləri müxtəlif ölçülərdə birləşdirir, nəticədə isə hər kəsin fərqli və unikal uğur anlayışı yaranır.

Addım 1

İlk addımda siz öz uğur modelinizi dəqiq müəyyənləşdirməlisiniz. Bu, sizi yalnız hədəfinizə doğru aparan seçimlər etmək üçün ideyalarınızı süzgəcdən keçirməyə (həmçinin başqalarının məsləhətlərini) imkan yaradacaq. Uğur haqqında daha çoxunu isə müəllifin kitabından (T-Shirts and Suits: A Guide to the Business of Creativity) oxuya bilərsiniz.

Addım 2

Sonra siz olduğunuz situasiyanın gerçəkliklərini nəzərə almalısınız. Obyektiv olaraq düşünməli olduğunuz ən vacib məqam rəqiblər arasında mövqeyinizdir. Kütlədən necə fərqlənəcəksiniz? Digərlərinin edə bilmədiyi nələri bacarırsınız? Sizi nələr fərqləndirir? Bunlar yalnız öz biznesinizi digərləri ilə müqayisə edərək cavablandıracağınız suallardır. Dayanıqlı və uğurlu olmaq istəyirsinizsə, rəqabət üstünlüyünüzü bilməyiniz vacibdir.

Özünüzə bu sualları verin:

  1. Ən yaxşı edə bildiyiniz 3 şey nədir?
  2. Rəqiblərinizlə müqayisədə ən yaxşı edə bildiyiniz 3 şey nədir?

Bu sualların cavabları çox fərqlidir və fərqli istiqamətlərdə bizneslərin inkişafını göstərir.

Bu ikinci addımdır: həqiqətlər barəsində, xüsusilə rəqibləriniz haqqında obyektiv olun. Rəqiblərinizlə münasibətdə özünüzü tanıyın və bazarda nəyi rəqiblərinizdən daha yaxşı etdiyinizi müəyyənləşdirin.

Addım 3

Müştərilərinizi seçməlisiniz. Hər kəsə satış etmək şərtlərə uyğun və effektiv deyil. Ən uğurlu bizneslər rəqiblərinə görə üstün olduqları məhsul və ya xidməti seçən müştərilərinə fokuslanır. Bu, bilərəkdən yayınaraq doğru bazarları seçməyi, şərtlərə uyğun marketinq yanaşması nümayiş etdirməyi nəzərdə tutur. Daha ətraflı müəllifin kitabından oxuya bilərsiniz.

Addım 4

Dördüncü addım ilk üç addımı sizin kreativliyə olan həvəsiniz və istedadınızla birləşdirir və sizin biznes düsturunuzu yaradır.

Öz uğur düsturunuzla siz öz kreativliyinizi doğru müştərilər üçün doğru məhsullar və xidmətlər təklif etməyə həsr edirsiniz.

Addım 5

Beşinci addım isə yaradıcı olmaqdır. Bu, yaradıcılığın hər iki növündən faydalanmağı nəzərdə tutur. Məhsul və ya xidmət yaratmaq üçün yalnız öz studiyanızda kreativ olmaq kifayət etmir; siz kreativliyi biznes üsullarınızda (marketinq, maliyyələşmə, əməkdaşlıqlar, əqli mülkiyyət) da istifadə etməlisiniz. Bu üsulla yaradıcı biznesinizi düzgün şəkildə dizayn edə bilərsiniz.

Dünyada yaradıcı sahibkarların uğur əldə etməsi üçün öz işlərində istifadə etdikləri bir çox nümunələr var. Onlardan ilhamlanaraq hər birimiz öz unikal yolumuzda uğur qazana bilərik.

Bu beş addımı izləyərək yaradıcı sahibkar kimi öz işinizdə uğurlu olmaq üçün kreativliyinizdən tam şəkildə istifadə edə biləcəksiniz.

Bu məqalə 2017-ci ilin avqust ayında İspaniyada çap olunan “Bogotá Naranja” dərgisində, müəllif David Parrish-in də qonaq çıxışçı olduğu Festival Naranja festivalında nəşr olunmuşdur.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Mənbə: www.davidparrish.com

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?