Yeni başlayanlar üçün qida fotoqrafiyası və stilistikası

14 Sentyabr 2020 Məqalalələr
news-inner-photo

Qida stilistikası nədir?

Əgər əvvəllər bu termini eşitmisinizsə, ola bilər ki, professional qida fotoqrafiyasının arxa səhnəsində nələrin baş verdiyi haqqında qəribə hekayələr eşitmisiniz. Məsələn, dondurma əvəzinə kartof püresinin, süd əvəzinə yapışqanın istifadəsi.

Çəkiliş zamanı bir qədər fərqli düşünülür. Gördükləriniz saxta deyil. Qida stilistləri inanırlar ki, qidaların olduğu kimi görünməməsi üçün heç bir səbəb yoxdur. Bu, mükəmməl görünüşlü boşqab əldə etmək üçün nəzərə alınmalı nüansların olmadığı demək deyil. Bu məqalədə yeməyin sahib olduğu görüntüdən ən yaxşı şəkildə yararlanmaq üçün bəzi tövsiyələr ilə tanış ola bilərsiniz. Unutmayın, qaydalara riayət edilməyə də bilər. Qeyd olunanların tam əksini edib mükəmməl görüntü əldə edənlər də olmamış deyildir.

  1. Kiçik başlayın.

Daha balaca, zərif yemək boşqabı həbsxana yeməkxanasını xatırladan nəhəng boşqabdan daha gözəl görünür. Kamera böyük hissələri xoşlamır, bu hissələr təbii görüntüsünü saxlaya bilmədiyi üçün bu zaman final fotonuz yöndəmsiz görünə bilər.

  1. Ortanı seçin.

Qaşığı boşqabın mərkəzinə yerləşdirin. Elə təsəvvür edin ki, boşqabın mərkəzində bir dairə var və o boşqabın kənarından bir barmaq uzunluğunda məsafədə yerləşir. Yeməyi həmin dairənin içərisinə yerləşdirin. Əgər yeməyiniz ayrı-ayrı hissələrdən ibarətdirsə (ət, tərəvəz), hamısını bir yerə toplayın. Siz yeməyinizi sənət əsəri kimi çərçivəyə salmaq istəyirsiniz. Boşqabda bir qədər boş yer zəriflik yaradır.

  1. Mükəmməl boşqablar

Boşqab, kasa, mətbəx taxtası nə seçsəniz parlaq yox, mat olanlara üstünlük verin. Bir makiyaj ustasının modeli pudralamasını düşünün. Məqsəd parlaqlığı gizlədəcək mat görüntü yaratmaqdır.

  1. Doğru rənglər

Rəng üçün başlanğıc nöqtəsi həmişə yeməyin özüdür. Qidanın əsas rəngi nədir? Tək olduqda möhtəşəm görüntüyə sahib olur, yoxsa masa örtüsü ilə bir az kömək etməyə ehtiyac var? Əgər yemək narıncıdırsa, ən yaxşısı onu narıncı olmayan boşqaba qoymaqdır. Səbəb isə sadədir. Bu zaman arxa fon yeməyin dəyərini düşürəcək, bizim məqsədimiz isə yeməyi danışdırmaqdır.

  1. Hiss edə bilirsiniz?

Təcrübələr göstərir ki, taxta lövhələr, müxtəlif növ kağızlar, hətta tozlu metal səthlər belə gözəl fotolar yaradır, hətta xoşa gəlməyən səthlərdə çox yaxşı şəkillər çəkmək olur. Həmçinin, fotolara elementlər əlavə etməkdən çəkinməyin.

  1. Orijinallığı saxlayın.

Orijinal olun və kiçik dağınıqlıqdan qorxmayın. Pendirli makaron boşqabına qaşıq salın və pendirli qaşığı yeməyin yanına qoyun. Sousun burgerin kənarından axmasına icazə verin. Bu kiçik uğursuzluqlar möhtəşəm görüntünün bir parçasıdır. Unutmayın, bura restoran deyil. Stilistika ilə bağlı əsas məqam yeməklərin cazibədar və orijinal görüntüsünü əks etdirməkdir.

Yemək bir qədər qarışıqdırsa, məsələn karri kimi, bu zaman 2 üsuldan istifadə edə bilərsiniz.

  1. Yeməyin hansı inqrediyentlərdən hazırlandığını boşqabın kənarında göstərin - ədviyyatlar, tərəvəzlər
  2. Bişmiş tərəvəzləri yeməkdən çıxarın, çox az su ilə yuyun və yenidən yeməyin üzərinə əlavə edin. Beləliklə, inqrediyentləri üzə çıxarmış olacaqsınız.

  1. Sadəcə işıq verin.

Yaxşı qida çəkişi üçün təbii işıq əsas faktordur.

Bacardığınız qədər bir pəncərəyə yaxınlaşın. Təbii işıq hər şeyi ortaya çıxarır. Canlı və təmiz qidalar yaxşı çəkiliş üçün mütləqdir. Elə görüntüyə sahib olmalısınız ki, kameranı unudub yeməyi dadmaq istəyəsiniz. Təbii işıq fləş işığının yarada bilməyəcəyi rəngləri ortaya çıxarır, həmçinin qəribə, sarı çalarlardan uzaqlaşmağınıza kömək edir.

  1. Hekayəni çatdırın.

Yeməyiniz üçün səhnəni hazırlayın. Kadrda olan hər şeyi düşünün. Bu rahat yeyiləcək qış yeməyidir, yoxsa Asiya üsulu əriştə kimi bir qəlyanaltı? Nəticəni almaq üçün istifadə etdiklərinizi ortaya qoyaraq auditoriyanızı məlumatlandırın.

  1. Ətrafı dağıdın.

Yeməyi necə sonlandırdığınızı göstərən kiçik detallardan qorxmayın. Prosesi göstərmək üçün göyərti hissələri və un dağınıqlığını kadrda saxlaya bilərsiniz. Hekayəni hər kəs sevir. Bu, yeməklə emosional bağ yaradır.

  1. Yeməyinizlə oynayın.

Köhnə qaydaları unudun. Uyğun masanız və ya mükəmməl arxa fonunuz yoxdursa, qabı əlinizdə saxlayın və ya yeməyinizi hər hansı tərəvəz yarpağının içərisinə yerləşdirin. Oynayın və əylənin. Fotolar işinizdən həzz aldığınızı göstərəcək.

  1. Düzgün bucaq

Son illərdə yuxardan çəkilişlər trenddir. Əgər burgeri yuxarıdan çəkirsinizsə, sadəcə çörək hissəsi görünəcək. Yan çəkiliş istəyiriksə, bu zaman onun qatlarını yoxlaya bilərik. Salat da eyni şəkildə - yuxardan baxırmışsınız kimi çəksəniz, nədən ibarət olduğunu görə bilərsiniz.

  1. Tələsə bilərsiniz.

Çəkiliş zamanı sürətli olmalısınız. Solmuş salat canlı görünə bilməz və yaxud ət soyuduqdan sonra quruyur. Xüsusilə, solmağa meylli qidalarda hərəkətə keçməlisiniz.

  • Göyləri təzə saxlamaq üçün soyuq suda yuyun. Yaxından çəkiliş zamanı canlı görünəcəklər.
  • Qidalar quru görünürsə, sprey vasitəsilə üzərinə su püskürdə bilərsiniz.
  • Qidaları parlaq göstərmək üçün zeytun yağından istifadə edə bilərsiniz (xüsusilə makaron yeməklərində)

Müəlliflər: Will, Alice Feaver

Mənbə: www.gousto.co.uk  

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?