Əlilliyi olan xanımlar üçün Onun Bacarıqları Mükafatı 2020

8 Sentyabr 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 27 sentyabr 2020-ci il

Onun Bacarıqları Mükafatı həyatında və ya işgüzar həyatında nüfuz qazanmış sağlamlıq imkanları məhdud xanımlar üçün təşkil olunan ilk beynəlxalq mükafatdır. 2018-ci ildə “Light for the World” təşkilatı“Right Livelihood” mükafatı müsabiqəsinin qalibi Yetnebersh Nigussie tərəfindən irəli sürülən təşəbbüsdür.

Əlilliyi olan xanımlar dünya miqyasında sosial cəhətdən ən təcrid edilmiş əhali qruplarından biridir. Onların liderlik potensialı və cəmiyyətə verdiyi töhfələr çox vaxt diqqətə alınmır. Bu mükafat onların nadir hallarda dilə gətirilən hekayələrini söyləməyi hədəfləyib. Mükafatın məqsədi əlilliyi olan xanımların nailiyyətlərini işıqlandıraraq uğurlarını qeyd etmək, cəmiyyətdəki ictimai fikri dəyişmək, özünü bərabərlik və mükəmməliyə həsr etmiş xanımlar arasında güclü şəbəkə yaratmaqdır.

Dünya üzrə sağlamlıq imkanları məhdud xanımların nailiyyətləri bir sıra kateqoriyalarla yanaşı, eləcə də İncəsənət, Mədəniyyət & İdman kateqoriyası üzrə də mükafatlandıracaq.

Faydaları

Qaliblər üçün aşağıdakı faydalar nəzərdə tutulur:

  • Ədalət, bərabərlik, mükəmməllik axtarışlarında bir-birini dəstəkləmək üçün imkanlar tapmağa çalışan digər uğurlu xanımlardan ibarət nüfuzlu şəbəkənin üzvü olacaqlar.
  • Sertifikat və mükafatlar əldə edəcəklər.
  • “Light for the World” təşkilatı öz şəbəkələrini açacaq və qaliblər üçün tanıtım imkanları yaratmağa çalışacaq.
  • “Light for the World” kommunikasiya komandası qaliblərin hekayələrini media və onlayn platformalar vasitəsilə yayaraq onlar və onların layihələrinin cəmiyyət tərəfindən daha çox tanınmasını təmin edəcək.

 Uyğunluq meyarları

  • Münsiflər heyəti xaricində hər kəs namizədliyini irəli sürə bilər.
  • 18 yaşdan yuxarı əlilliyi olan xanımlar iştirak edə bilər.
  • Namizədlər yuxarıda qeyd olunan kateqoriyalara uyğun olmalıdır.

Uyğun regionlar: bütün regionlar

Ətraflı məlumat almaq və nominasiyanı təqdim etmək üçün: https://www.her-abilities-award.org/submit-nomination

Mənbə: www.youthop.com  

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?