Sosial Təcrid Zamanı Təbiətin Təsviri Foto Müsabiqəsi

29 Iyul 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 15 sentyabr 2020-ci il
Kimlər müraciət edə bilər: maraqlı olan hər kəs
Faydaları: ən yaxşı 13 fotoşəkil Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) 2021-ci il təqviminə və foto sərgisinə daxil ediləcək

Təsvir

COVID-19 pandemiyası bəşər tarixində faciəli bir səhifədir. ​Pandemiya bir çox insanın həyatına son qoymaqla iqtisadiyyatlarımıza və cəmiyyətlərimizə son dərəcə mənfi təsir göstərməkdə davam edir. Birdən gələn bu virus bir çoxumuzu evlərimizdə təcrid olunmağa məcbur etmişdir. Bu uzun müddətli təcrid dövrü bizi cəmiyyətimizin zəiflikləri və biomüxtəliflik və ekosistemlərin bərpası kimi məsələlərin təbliği də daxil olmaqla #dahayaxşıqurmaq (#buildbackbetter) ehtiyacı üzərində daha çox düşünməyə məcbur etdi.

Sosial təcrid zamanı təbiətin görməli yerləri bizi müsbət əhvalda saxlayır, təbiətin gözəlliyini və gücünü xatırladır. Evdə təcrid olunan zaman, çöllərdə gəzən heyvanların, sularda üzə çıxan ördəklər və delfinlərin, bağlara enən quşların, pərvaz edən kəpənəklərin, boş küçələrin çatlarında böyüyən bitkilərin heyrətamiz şəkillərinə tamaşa etdik. Bu kimi şəkillər unikal və tarixidir.

Bir çoxlarınızın bu kimi səhnələri kameralar və smartfonlarınızla əbədiləşdirdiyiniz hamıya məlumdur. Cenevrədə yerləşən Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası bu tip şəkillərinizi müsabiqəyə təqdim etməklə paylaşmağa dəvət edir.

Bu müsabiqədə iştirak etməklə, fotoşəkilləriniz bir internet qalereyasında nümayiş olunmaq şansı qazanacaq və BMT tərəfindən təbliğ ediləcəkdir. Ən yaxşı 13 fotoşəkil, bütün dünyada yayılması nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının 2021-ci il təqvimində işıqlandırılacaq, həmçinin 2020-ci ilin payızında BMT-nin ekosistemlərin bərpası dekadasının başlanmasını qeyd etmək üçün Cenevrədəki Millətlər Sarayında təşkil ediləcək bir foto sərgi üçün istifadə ediləcəkdir.

Uyğunluq meyarları

Müsabiqə hər kəs üçün açıqdır.

  • Hər iştirakçı maksimum 3 fotoşəkil təqdim edə bilər;
  • Təqdim olunan fotoşəkil iştirakçı tərəfindən çəkilmiş orijinal şəkil olmalıdır (müəllif hüququ şərtləri daxilində*);
  • Təqdim edilən bütün fotoşəkillər JPEG formatda olmaldır, digər formatlar qəbul edilməyəcək;
  • Zip fayllar qəbul edilməyəcək;
  • Fotoşəkil kifayət qədər yüksək ayırdetmə keyfiyyətində olmalıdır – maksimum 20 MB;
  • Yalnız orijinal fotolar nəzərdən keçiriləcək.

Faydaları

Təqdim olunan müraciətlərə UNECE-nin Meşələr və Meşə Sənayesi və Ətraf Mühit Siyasəti Komitələrinin Büro üzvlərindən, eləcə də bir təbiət fotoqrafından ibarət münsiflər paneli tərəfindən baxılacaqdır. Seçim meyarlarına texniki keyfiyyət, vizual təsir və fotoşəkilin orijinallığı daxildir. Yalnız ən yaxşı 13 foto 2021-ci il üçün UNECE təqviminə və foto sərgisinə daxil edilsə də, qəbul meyarlarına cavab verən bütün digər diqqətəlayiq fotoşəkillər təşkilatçıların veb saytları və ya sosial media hesabları vasitəsilə paylaşılacaqdır.

Necə müraciət etmək olar?

Ətraflı məlumat üçün və müsabiqəyə müraciət etmək üçün, xahiş olunur rəsmi internet səhifəsinə baş vurasınız. 

Mənbə: www.mladiinfo.eu

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?