ERUPT! 2020 Sosial Dəyişiklik İncəsənət Müsabiqəsi

27 Iyul 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 10 avqust 2020-ci il

Kimlər müraciət edə bilər: Dünyanın istənilən yerindən hər yaşda olan şəxslər

Mükafat fondu: 8.000 ABŞ dolları

Təsvir

ERUPT! 2020 Sosial Dəyişiklik İncəsənət Müsabiqəsi bədii və kreativ müraciətlərin qəbulunu açıq elan edir. Ehtiyaclı və aztəminatlı kateqoriyadan olan uşaqların həyatının yaxşılaşdırılması istiqamətində davamlı layihələr həyata keçirən SAP SE bu müsabiqədə Street Priests Inc ilə tərəfdaşlıq edir.

Bu müsabiqə incənətin təbliğ olunmasını, istedadlı şəxslərin üzə çıxarılmasını, və eləcə də ehtiyaclı kateqoriyadan olan uşaqların böhranlı yaşam problemlərinin çözümü üçün davamlı həll yollarının tapılmasını hədəfləyir.

Uyğunluq meyarları

Bütün yaş qruplarından olan şəxslərin müraciətləri qəbul olunur və hər bir şəxs yalnız bir kateqoriya üzrə müraciət edə bilər.

  • Ədəbiyyat: Məqbul müraciətlər: hekayələr, şeirlər və s.
  • Təsviri sənət: Məqbul müraciətlər: videolar, rəsm əsərləri və s.
  • Tətbiqi sənət: Məqbul müraciətlər: müxtəlif rəqslər və s.
  • Audio: Məqbul müraciətlər: musiqi, bədii qiraət və s.

Mükafat fondu

  1. Ədəbiyyat: 2000 ABŞ dolları
  2. Audio: 2000 ABŞ dolları
  3. Təsviri sənət: 2000 ABŞ dolları
  4. Tətbiqi sənət: 2000 ABŞ dolları

Necə müraciət etmək olar?

  1. Yalnız son müraciət tarixinə qədər təqdim edilmiş işlər müsabiqəyə qəbul ediləcək.
  2. Qəbul olunan fayl tipləri (mp3, mp4, pdf, doc)
  3. Mövzu başlığı “What About Me? – Entry”
  4. Göndərilən müraciətlər geri qaytarılmır, ona görə işlərin bir nüsxəsini özünüzdə saxlamağı unutmayın.
  5. Bütün işlər müraciət edən şəxsin orijinal işi olmalıdır və hər hansı digər şəxsin müəllif hüquqlarını pozmamalıdır.
  6. Müraciətlərdə böhtan xarakterli, ədəbsiz, təhqiredici və ya digər uyğun olmayan materiallar yolverilməzdir.
  7. Müraciətlər hər yaşdan olan auditoriya üçün dərc olunmağa uyğun olmalıdır.

Müraciət etmək üçün, buraya daxil olun.

Daha ətraflı məlumat almaq və müraciət qaydaları ilə tanış olmaq üçün, rəsmi səhifəyə baş vurun.

Mənbə: www.mladiinfo.eu

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?