Britaniya Şurası Sahibkarlarla Növbəti Onlayn Söhbət keçirəcək: 30 iyun, saat 17:00

29 Iyun 2020 Xəbər
news-inner-photo

Çərşənbə axşamı, 30 iyun 2020-ci il, saat 17:00 - 18:00

Facebook LIVE sessiya (Azərbaycan dilində)

Azərbaycanda incəsənət layihələri və karyera haqqında öyrənmək üçün uğurlu sənətkarla tanış olun!

Facebook-da canlı izləyin

Canlı incəsənət üzrə müsahibələrimiz iştirakçılarımızı uğurlu sənətkarlar, musiqiçilər, rejissorlar, rəssamlar və mədəniyyət üzrə mütəxəssisləri ilə tanış edəcək. Qonaqlarımız Azərbaycanda incəsənət layihələrini və karyeralarını başlamaq üçün məsləhət və təcrübələrini bölüşəcəklər. Bu təşəbbüs Azərbaycanda yaradıcı ifadə və müəssisəni inkişaf etdirmək, və həmçinin daha davamlı və inklüziv cəmiyyət yaratmaq üçün Birləşmiş Krallığın incəsənətinin və mədəniyyətinin dəyişkən gücünü araşdıracaqdır.

İştirakçılar haqqında:

ƏSMƏR ABDULLAYEVA

Əsmər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fəlsəfə doktoru, dosent, baş müəllim və sənətşünasdır. Rəssamlıq Akademiyasının incəsənət tarixi fakültəsinin ekspertiza və bərpa şöbələri üçün tədris proqramları hazırlayır. O, eyni zamanda təcrübə mübadiləsi, birgə layihələr və sənət sahəsindəki yeni bilik və bacarıqlar üçün müstəqil yaradıcılıq məkanı olan Asmart Creative Hub-un yaradıcısı və sahibidir.

ANAR İSGƏNDƏRLİ

Anar Azərbaycan dizaynerlərinin sərgi salonlarının yaradıcısı, dizayneri və həmtəsisçisidir. Anarın yeni kolleksiyası gender bərabərsizliyi və erkən məcburi evliliklərə həsr olunmuşdur və qadınlara qarşı zorakılığın aradan qaldırılması günü münasibətilə keçirilmişdir.

SABİHA XANKİŞİYEVA

Sabiha keramika sənətkarı və Sabikhan markasının yaradıcısıdır. Onun marka konsepsiyası gözəlliyi və incəliyi ilə 'Tarixi, Ənənəni və Müasirliyi' özündə əks etdirməsi ilə fərqlənir. Burada o, Azərbaycan təbiətinin ecazkar müxtəlifliyini, mənəvi və mədəni irsimizin naxışlı dünyasını, milli kimliyimizi və tariximizi özündə əks etdirən bənzərsiz bir harmoniya təşkil etdiyini qeyd edir.

SAMR ŞAH (MODERATOR)

Samr, Londonda yerləşən baş ofisi da daxil olmaqla, British Council qlobal şəbəkəsində müxtəlif vəzifələrdə çalışmışdır. İndoneziyada Əməliyyatlar direktoru və Taylandda direktor müavini vəzifələrini icra etmişdir. 2018-ci ilin sentyabr ayında British Council-ın Azərbaycandakı ofisinin direktoru vəzifəsinə başlamazdan əvvəl, Sinqapurda Şərqi Asiya üçün Regional Dəyişiklik Lideri olaraq, bölgədəki 14 bazarda qlobal dəyişiklik proqramlarını həyata keçirdi.

Mənbə: www.britishcouncil.az

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?