Beynəlxalq Mədəni Müxtəliflik Fonduna (IFCD) müraciətlərin qəbulu üçün son tarix 16 iyuna kimi uzadıldı

21 May 2020 Xəbər
news-inner-photo

UNESKO 16 martdan 16 iyun 2020-ci il tarixinə qədər Beynəlxalq Mədəni Müxtəliflik Fondu (IFCD) üçün müraciətlərin qəbulunu davam etdirir. IFCD inkişaf etməkdə olan ölkələrdə yaradıcı və mədəniyyət sənayelərinin inkişafını stimullaşdıran təşəbbüsləri maliyyələşdirir.

Fond dünyanın mədəniyyət mütəxəssisləri arasında innovativ və dinamik layihələrin maliyyələşdirilməsində qabaqcıl təşkilat kimi tanınır. Son 10 ildə IFCD, inkişaf etməkdə olan 58 ölkədə 114 layihəyə 8 milyon ABŞ dollarından çox vəsait təmin etmişdir.

Fondun əsas missiyası dayanıqlı inkişaf yolundakı öhdəliyidir. Yaradıcı sektorlar həm iqtisadi, həm də mədəni baxımdan firavan cəmiyyətlərə töhfə vermək üçün geniş potensiala malikdir. Seneqalda kənd icmalarına kinoteatrların gətirilməsindən tutmuş, Tacikistanda musiqi istehsalının gücləndirilməsinə qədər sahələrdə yaradıcılığa investisiya qoymaqla yaradıcılığın cəmiyyətləri dəyişdirməsinə imkan yaradır.

UNESKO uyğun ölkələrdən olan dövlət qurumlarını/müəssisələrini və QHT-ləri, eləcə də beynəlxalq qeyri-hökumət təşkilatlarını aşağıdakı istiqamətlərdə fəaliyyətlərin reallaşdırılması yolu ilə dayanıqlı inkişafa töhfə verən layihələrini təqdim etməyə dəvət edir:

  • Mədəni malların, xidmətlərin və fəaliyyətlərin müxtəlifliyi üçün onların istehsalı, paylanması və müəssərliyinə birbaşa təsir edən siyasət və strategiyaların tətbiqi və / və ya hazırlanması;
  • İnkişaf etməkdə olan ölkələrdəki yerli və regional mədəniyyət sənaye sahələrini və bazarlarını dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların möhkəmləndirilməsi.

IFCD “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il UNESKO Konvensiyası ilə əlaqədar olaraq təsis edilmiş çox-donorlu fond olaraq yaradıcılığın önəmsənilərək tam dəstəkləndiyi dünyəvi vizyona sahibdir.

Fondun 11-ci mərhələsi üzrə müraciətlərin qəbulu 16 iyun 2020-ci il, saat 01:59-da (Bakı vaxtı ilə) bitir.

IFCD tərəfindən maliyyələşdirilmiş keçmiş layihələrlə tanış ol!

MALİYYƏLƏŞMƏ ÜÇÜN MÜRACİƏT ET!

2020-ci il müraciətlərin qəbulu üçün uyğun ölkələrin siyahısı (2005-ci il Konvensiyasını ratifikasiya etmiş inkişaf etməkdə olan ölkələr):

Mənbə: https://en.unesco.org/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?