World Dream Project: Gənc liderlərin arzuları haqqında növbəti kitabda yer almaq üçün müraciət edin!

20 May 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 31 may 2020-ci il

Yeri: onlayn

“Mənim bir arzum var” (‘I Have A Dream’) 2020-ci ilin oktyabr ayında nəşr olunacaq və 196-dan artıq ölkədən olan 196-dan çox gənc liderin arzularını əks etdirəcək.

Kitabın məqsədi insanların bir-birilərindən öyrənə biləcəkləri bir dünya yaratmaq, eyni zamanda arzuların güclü, harmonik və sərhədsiz olduğunu nümayiş etdirməkdir.

Əgər siz də öz hekayənizi dünya ilə bölüşməyə hazırsınızsa, o zaman buyurun!

Əhatə dairəsi:

  • Dünya miqyasında kitabın dərc olunması;
  • Yaponiyanın bütün ibtidai, orta, ali məktəblərində kitabın yayılması;
  • 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına töhfə.

Faydaları:

  • Qlobal təhsil kitabında yer almaq;
  • Özünü tanıtma / brendləşdirmə;
  • Seçildiyiniz təqdirdə, bu kitabı hədiyyə olaraq əldə etmə imkanı.

Uyğunluq meyarları:

  • 35-dən aşağı yaş;
  • Uğurlardan daha çox arzusunu və onun arxasında duran hekayəni bölüşməyə hazır olmaq;
  • Kitabın məqsədini tam başa düşmək.

Necə müraciət etmək olar?

  • Buradan müraciət edə bilərsiniz.
  • Müraciət məlumatlarınızı bir daha yoxlayın.
  • Xəyalınızı nəql edin və öz həqiqi rəsminizi təsvir edin.

Əlavə suallarınız olarsa, bu emailə yazın: [email protected]

Mənbə: www.youthop.com

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?