AdamStart COVID-19 Challenge: Koronavirusla Mübarizə üçün İdeyalarınızı təqdim edin!

19 May 2020 Xəbər
news-inner-photo

Son müraciət tarixi: uzunmüddətli
Kimlər müraciət edə bilər: innovatorlar və sosial təsir gücünə malik liderlər
Faydaları: innovativ ideyaların reallaşdırılmasında dəstək

Təsvir

COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün hansısa innovativ ideyanız varmı? Dünyada yayılan mövcud pandemiyaya cavab olaraq, AdamStart şirkəti koronavirusla mübarizə ilə bağlı ideyaların qəbulunu elan edir.

Koronavirus və ya COVID-19, ən son aşkarlanan yoluxucu xəstəlikdir. COVID-19 virusuna yoluxmuş insanların əksəriyyəti yüngül və orta dərəcədə tənəffüs çətinliyi yaşayır və xüsusi müalicəyə ehtiyac olmadan sağalır. Yaşlı insanlar və ürək-damar xəstəliyi, şəkərli diabet, xroniki tənəffüs xəstəliyi və xərçəng kimi sağlıq problemləri olanlar isə bu virusu ağır keçirir. Qlobal miqyasda yoluxma hallarının və ölüm saylarının artmasına görə bu pandemiya ilə mübarizədə təcili həll yollarına ehtiyac yaranmışdır.

Təqdim olunacaq ideyalar aşağıdakı meyarlara uyğun gəlməlidir.

İNFORMASİYA: İnsanların COVID-19 virusu ətrafında həqiqi, yoxlanılmış və müvafiq məlumatlara malik olmasını təmin etmək üçün qlobal cavabdeh qurumlarla koordinasiya olunacaq ideyalar. İdeyanız aşağıdakı suala cavab verməlidir: "COVID-19-un yayılması müddətində təhlükəsiz və sağlam qalmağımız üçün dünya ictimaiyyətini necə sürətli şəkildə məlumatlandıra bilərik?"

AŞKARLAMA: Koronavirusa yoluxma hallarını aşkarlanmasında dünya ölkələrinə yardım etmək üçün, səhiyyə işçilərinin potensial daşıyıcılara çevrilmələrinin qarşısını almaq məqsədilə minimum təmasla COVID-19-u aşkarlaya biləcək ideyalar. İdeyanız sadə, tez başa gələn və rentabelli olmalıdır.

QORUNMA: Sosial məsafə modullarının, innovativ qorunma konsepsiyalarının, yerli dezinfeksiya məhlullarının əlçatan istehsalı və virusun yayılma dinamikasının analizi üçün metodların birgə idarəedilməsi.

QAYĞI: Ehtiyacı olanlara kömək etmək üçün icma layihələri. Test dəstlərinin yayılması və qidaların paylanılmasından tutmuş gənclərin #SosialMəsafə qaydalarına riayət etməklə öhdəlikləri öz üzərlərinə götürmələri və yalan xəbərlərin yayılmasının qarşısını alınmasına qədər ideyalar.

Uyğunluq meyarları

İnnovatorlar və sosial təsir gücünə malik liderlər müraciət edə bilərlər.

Faydaları

Sadə, tez başa gələn və rentabelli ideyaların reallaşdırılmasında dəstək

Necə müraciət etmək olar?

İdeyalarınızı bu səhifədə təqdim edə bilərsiniz.

Ətraflı məlumat üçün, bu səhifəyə baş vurun. 

Mənbə: www.mladiinfo.eu

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?