Mobil İnternetin Tətbiqi və Rəqəmsal İnklüzivlik üzrə GSMA İnnovasiya Fondu

1 May 2020 Xəbər
news-inner-photo

Müraciətlər üçün son tarix: 22 may 2020-ci il
Kimlər müraciət edə bilər: aktiv istifadəçiləri və ən azı bir uyğun az yaxud orta gəlirli bazarda gəlirləri olan mobil sənaye startapları və ya KOB-ları
Fond: 100,000 və 250,000 Britaniya funtu aralığında qrant vəsaiti

Təsviri məlumat

Mobil sənaye sektoru dünyada 3,5 milyarddan çox vətəndaşı internetə bağlayır və hər gün daha çox insanı birləşdirərək rəqəmsal inklüzivlik naminə səylərini davam etdirir. Buna baxmayaraq, mobil genişzolaqlı şəbəkələrlə əhatə olunmasına rəğmən 3,3 milyard insan hələ də mobil internet xidmətlərindən istifadə etmir. Bu vətəndaşlar ən çox marginal qruplara aid və kənd yerlərində yaşayanlar, eləcə də qadınlar və savadlılıq səviyyəsi geri qalmış əhali kateqoriyasıdır. Mövcud tendensiyalar davam edərsə, aşağı və orta gəlirli ölkələrdə əhalinin 40 faizindən çoxu 2025-ci ildə hələ də onlayn mobil xidmətlərdən kənarda qalacaqdır.

Mobil İnternetin Tətbiqi və Rəqəmsal İnklüzivlik üzrə GSMA İnnovasiya Fondu mobil internetin tətbiqinin onun hazırda bu xidmətlərdən istifadə etməyən əhali kateqoriyasını da əhatə etməklə genişləndirilməsi istiqamətində innovativ həlləri dəstəkləmək məqsədini daşıyır.

Maliyyələşdirilən layihələr Müəssərlik, Əlçatanlıq, Rəqəmsal Bacarıqlar Təhlükəsizlik daxil olmaqla mobil internetin tətbiqində bir sıra maneələri aradan qaldıran yenilikləri dəstəkləyəcək və oxşar mühitlərdə genişlənə və təkrar yayıla bilən ticari dayanıqlı modelləri ortaya çıxaracaq.

Uyğunluq meyarları

Müraciət etmək üçün, startaplar və ya KOB-lar aşağıdakı meyarlara cavab verməlidirlər:

  • Aktiv istifadəçiləri və ən azı bir uyğun az yaxud orta gəlirli bazarda gəlirləri olmalıdır.
  • Strateji planda mobil texnologiyalardan istifadə etməli yaxud bunu etməyi planlaşdırmalıdır.
  • Mobil operatorlarla strateji tərəfdaşlıq əlaqələri qurmaq potensialı və həvəsi olmalıdır.
  • Xüsusilə aztəminatlı vətəndaşlar, kənd əhalisi, qadınlar və/və ya gənclərə xidmət edərək onların həyatında aydın və ölçülə bilən sosial-iqtisadi təsirə malik olmalıdır.
  • Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına töhfə vermək yolunda ardıcıl fəaliyyətlərini nümayiş etdirməlidir.
  • Layihənin icra ediləcəyi ölkədə qeydiyyatdan keçməli və orada fəaliyyət göstərməlidir. Müraciət edən qrant vəsaitini alacaqları ölkədə də qeydiyyatdan keçməlidir (əgər layihənin icra ediləcəyi ölkə ilə eyni deyilsə).
  • Layihə fəaliyyətlərinin icra ediləcəyi bütün ölkələrdə müvafiq biznes lisenziyası, vergilər, işəgötürmə və digər müvafiq qaydalara tam cavab verməlidir.
  • Əsas insan hüquqları, Böyük Britaniyanın Müasir Köləlik Aktları, Gender Bərabərliyi Qanunu, Uşaqların Müdafiəsi Siyasətləri və bütün beynəlxalq əmək standartları daxil olmaqla bütün qüvvədə olan qanunlara cavab verməlidir.
  • “Nağd” və/və ya digər formada ümumi qrant məbləğinin 50%-i məbləğində maliyyə qoyuluşu imkanında olmalıdır.

Faydaları

Qrant dəstəyi paketinə daxildir:

  • 100,000 və 250,000 Britaniya funtu aralığında qrant maliyyələşdirilməsi
  • Ekspert məsləhətləri daxil olmaqla mobil texnologiyanın istifadəsi ilə bağlı təlimlər, eləcə də mobil təcrid şəraitində olanların (qadınlar, kəndlilər və digər kateqoriyalar) mobil internetin tətbiqinə olan maneələrin aradan qaldırılması istiqamətində ən yaxşı fikir və təcrübələrin mübadiləsi imkanları
  • DİM-lərinə nail olmaq yolunda fəaliyyətlərin monitorinqi və qiymətləndirilməsi, məhsulların təkmilləşdirilməsində dəstək
  • Mobil operatorlarla əlaqələrin inkişaf etdirilməsində dəstək
  • Bootcamp (mütəxəssislərin apardığı sessiyaların proqramı və xüsusi şəbəkə proqramı) və məhsulunuzun və ya xidmətinizin yaxşılaşdırılmasına dair sessiyalar daxil olmaqla müntəzəm oflayn məsləhətlər
  • Nəşrlərimizdə, sosial media səhifələrimizdə işıqlandırmaq və Mobil Dünya Konqresi Barselona (qlobal) və M360 seriyası (regional) kimi tədbirlərdə iştirak etmək yolu ilə tanıtımınızı artırmaqda və profilinizi potensial investorlara və tərəfdaşlara çatdırmaqda dəstək

Bu dəstəkdən başqa, seçilmiş qrant alanlar proqrama dair dərc edilən nəşrlər vasitəsilə daha geniş tanıtım, digər qrant alanlarla mübadilə yolu ilə öyrənmə, və eləc də proqram üzrə şəbəkə imkanlarından da faydalanacaqlar.

Necə müraciət etmək olar?

Müraciət etmək üçün, xahiş olunur buradan müraciət edin.

GSMA İnnovasiya Fondu haqqında sualınız olarsa, lütfən bu ünvana yazın: [email protected].

Ətraflı məlumat üçün, xahiş olunur rəsmi səhifəyə daxil olun.

Mənbə: www.mladiinfo.eu
 

Bu məqalə sizin üçün faydalı oldumu?