Qlobal musiqi müzakirələri: Eurovision-un milli musiqi sənay...
Karantin müddətində faydalana biləcəyiniz pulsuz imkanlar - Toplu

Məlum pandemiya təhlükəsi qarşısında ölkəmizdə alınmış ciddi sosial təcrid tədbirləri nəticəsində hər birimiz bütün günü evdə keçirmək məcburiyyətində qalmışıq. Bu da bizə həmişə olduğundan daha çox asudə vaxt imkanı yaratmışdır. Əvvəllər vaxt məhdudiyyəti səbəbilə yararlana bilmədiyiniz imkanlardan faydalanmaq üçün indi əla fürsət yaranmışdır. Biz də həmin fürsətlərin toplusunu diqqətinizə təqdim edirik.
Ukraynalı marketoloq və sahibkar Andrey Fydorovun marketinq və biznes üzrə əməkdaşlıq, layihələr və şəxsi konsultasiyalarına həsr edilmiş 9 dərslik “Brand Father” mühazirəsi sizə çox faydalı ola bilər.
Coursera saytı 31 iyula qədər 3800-dən artıq kursda iştirak imkanı yaratmışdır. Sizlər üçün maraqlı mövzuları Art&Humanities bölməsində əldə edə bilərsiniz.
Avropa İttifaqının Mədəniyyət və Yaradıcılıq Proqramı (Culture&Creativity) çərçivəsində yaradılmış xüsusi sayt mədəni və yaradıcı sahənin insanları üçün çox faydalı ola biləcək təlim kurslarını təqdim edir.
AzCinemaOnline, TvSeans və AzeriKino saytları yerli və əcnəbi filmləri film həvəskarları üçün təqdim edir.
Avropada ən böyük sənədli film festivallarından biri olan IDFA (Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalı) təqribən 300 filmə sərbəst baxış imkanı yaratmışdır.
Vyana Operası gündəlik olaraq balet və opera tamaşalarının video yazılarının pulsuz nümayişini təşkil edir. 24 saat ərzində yayımlar açıqdır.
Mənbə: culturepartnership.eu

