III “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalında uşaqlardan ibarət münsiflər heyəti də yer alacaq – ŞƏRTLƏR AÇIQLANDI

22 Mart 2020 Xəbər
news-inner-photo

 

III “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının təşkilatçıları bu ilki festivalda uşaqlardan ibarət münsiflər heyətinə qoşulmaq hüququnun şərtlərini elan edir.

Belə ki, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi“ müsabiqəsinin qaliblərini 5-10 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.

Müraciətlər 15 may, 2020-ci il tarixinədək [email protected] e-poçt ünvanına göndərilməlidir. Nəticələr 31 may tarixində açıqlanacaq. Seçim qaydaları ilə buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, III “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı 14-18 oktyabr 2020-ci il tarixlərində Bakı və Şəki şəhərlərində keçiriləcək.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, “Nizami” Kino Mərkəzi və digər tərəfdaş və sponsoraların dəstəyi ilə təşkil edilir.

Bu məqalə sizin üçün faydalı oldumu?