Federasiya

Federasiya

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası yaradıcı sənayelərin inkişafı sahəsində koordinasiyanın həyata keçirilməsi, bu sahədə beynəlxalq və yerli layihələrin idarə olunması, yaradıcılıq sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatlarla bu sahəni tənzimləyən dövlət qurumlarını və biznes tərəfdaşları əlaqələndirən təşkilatdır.

Federasiya Azərbaycanda MYS-lərin inkişafı üçün zəruri münbit ekosistemi dəstəkləməklə sahə üzrə maarifləndirmə və təbliğat fəaliyyətlərini həyata keçirir, yaradıcı məhsullar və xidmətlərin istehsalı, tanıtımı və ixracını təşviq edir, yaradıcı səneyələr sahəsində ictimai təşkilatlanmanı dəstəkləyir, eyni zamanda “Kreativ Azərbaycan” (creative.az) və bu çərçivədə müxtəlif hərəkatları idarə edir.

Mədəniyyət və Yaradıcı Sənayelər (MYS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sahələrdən biri olmaqla iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya və innovasiyaları birləşdirən sənaye növüdür. MYS-lər ədəbiyyat və nəşriyyat, dizayn, musiqi və teatr, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, audiovizual - video və foto sənəti, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiya sahələrindən ibarətdir və bu sahələrin biznesinin inkişafını nəzərdə tutur.

Stay in touch

Subscribe
Success subscribeFail subscribe
Thank you