"Azerbaijan Design Award"dən gözlənilən xəbər

18 Yanvar 2022 Xəbər
news-inner-photo
Ölkəmizdə artıq bir neçə ildir ki, davamlı keçirilən və böyük maraq cəlb edən "Azerbaijan Design Award" müsabiqəsi sosial şəbəkələrdə 2022-ci ilə dair gözlənilən anonsu paylaşdı. Müsabiqə heyəti bu il dizaynerləri bir çox yeniliklərin gözlədiyini də paylaşımında qeyd edib.
 
Nəzərinizə çatdıraq ki, bu layihə Azərbaycanın ilk dizayn müsabiqəsidir. Layihənin təşkilatçıları bir neçə dizaynerdən ibarətdir. Bu müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilir. Müsabiqəyə qoşulmaq üçün ilk öncə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçəndən sonra müvafiq kateqoriya üzrə iş təqdim edilir. Təqdim olunan layihələri ilk öncə təşkilatçılar süzgəcdən keçirir. Qəbul olunan işlər isə sayt üzərindən anonim olaraq münsiflərə təqdim olunur. Gizli səsvermə keçiriləndən sonra “short list” elan olunur. Bu siyahıda hər kateqoriya üzrə 5 layihə yer alır. Nəticələr final gününə qədər təşkilatçılar tərəfindən gizli saxlanılır. Final günü münsif, iştirakçı və digər dəvətlilərin qarşısında möhtəşəm tədbirdə qaliblər elan olunur.

 

Bu məqalə sizin üçün faydalı oldumu?