“Tammetrajlı Bədii Film Layihələrinə Dəstək – 2022” müsabiqəsi elan olunur

2 Dekabr 2021 Xəbər
news-inner-photo

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsini elan edir.

Bu müsabiqənin mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin mövzusu və dəstək fondu aşağıdakı kimidir.

  • Müsabiqə tammetrajlı bədii film kateqoriyasında keçirilir. 

  • Layihə üzrə çəkiləcək filmlərin xronometrajı 52 dəqiqədən az olmayaraq nəzərdə tutulmalıdır.

  • Müsabiqə sərbəst mövzuda keçirilir.

  • Müsabiqədə layihənin istənilən mərhələsində - ssenarinin inkişaf etdirilməsi, filmin çəkilişinə hazırlıq və çəkiliş prosesi, həmçinin post-prodakşn və distribusiya mərhələlərinə dəstək nəzərdə tutulur.

  • Qalib film layihələrinin maliyyələşdirilməsi üçün hər filmə ən çox 100.000 (yüz min) manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

  • Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir.

Müsabiqənin reqlamenti ilə bu linkdən tanış ola bilərsiniz:
http://mct.gov.az/az/bfdestek2022

Bu məqalə sizin üçün faydalı oldumu?