Mədəniyyət və Yaradıcı Sənayelər və Yerli İnkişaf üzrə 4-cü Yay Akademiyası

22 İyun 2021 Xəbər
news-inner-photo

Kimlər iştirak edə bilər: polisimeykerlər və yaradıcı və mədəniyyət sahələrində çalışanlar

Tarixlər: 27-30 sentyabr 2021-ci il

Mövzu: Mədəniyyət və yaradıcılıq bərpa prosesinin mərkəzində

Format: onlayn

Son müraciət tarixi: 18 iyul 2021-ci il

Yay Akademiyası polisimeykerlər və mədəni və yaradıcı sənayelərin (MYS-lər) təmsilçiləri üçün bilik və bacarıqların gücləndirilməsini nəzərdə tutur. Kursun sonunda iştirakçılar bu sənaye sahəsini, onun ehtiyaclarını və dinamikasını daha dərindən başa düşəcək və yerli iqtisadi böyümə, iş yerlərinin yaradılması, inkluziya üçün hərəkətverici qüvvə kimi MYS-lərin potensialını tam şəkildə ortaya qoymaq üçün təsirli və inteqrasiya olunmuş strategiya və siyasət çərçivələrini tətbiq etməkdə təcrübələrini inkişaf etdirəcəklər.

Akademiya kimlər üçündür?

Yay Akademiyasının proqramı yerli, regional, milli və beynəlxalq səviyyələrdə yaradıcı mədəniyyət sənaye sahələrinin təbliği və dəstəklənməsində fəal olan milli və beynəlxalq polisimeykerlər, təcrübəçilər, habelə mədəni və yaradıcı sahibkarları üçün nəzərdə tutulur.

İştirakçılar mədəniyyət və yaradıcılıq sektorunun inkişafı ilə sıx şəkildə bağlı olmalıdırlar. Onlar mədəniyyət və yaradıcı sənayenin inkişafında aktiv fəaliyyət göstərən frilanserlər olmalı yaxud özəl şirkət və təşkilatlarda (fondlar, kooperativlər, QHT-lər, yerli icma təşkilatları, qeyri-kommersiya qurumları və s.) və ya dövlət qurumlarında (milli, regional, əyalət və ya yerli özünü idarəetmə, inkişaf agentlikləri, tədqiqatlar) çalışmalıdırlar.

Necə müraciət etmək olar?

Müraciət etmək istəyən namizədlər onlayn formanı doldurmalıdırlar.

Tələb olunan məlumatlar:

  • Şəxsi və peşəkar məlumatlar
  • Yay Akademiyasında iştirak üçün motivasiya məktubu
  • Keys nümunəsi (hazırda davam edən yaxud son 5 ildə tamamlanmış və namizədin peşə təcrübəsi ilə birbaşa əlaqəli olan layihə, proqram və ya təşəbbüs).

İştirakçıların sayı məhduddur (24). Seçim prosesi avqust ayının sonuna qədər yekunlaşdırılacaq.

Ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz. Əlaqə üçün email: [email protected] (mövzu başlığı SACCI)

Mənbə: https://www.oecd.org/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?