Sevil Film Festivalı üçün sənədli film qəbulu açıq elan olunur

18 İyun 2021 Xəbər
news-inner-photo

II Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı builki proqramda iştirak üçün dünyanın hər yerindən sənədli film qəbulunu elan edir.

Filmlərin gender mövzusunu əhatə etməsi və sənədli janrda olması mütləqdir. Filmlərinizi “FilmFreeway” ( https://filmfreeway.com/Sevilfilmfest) vasitəsilə təqdim edə bilərsiniz.

Son müraciət tarixi: 15 iyul, 2021-ci il

SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı Azərbaycanda gender məsələlərinə fokuslanan müstəqil sənədli filmlər festivalıdır. Sevil-BQSFF yerli kinematoqrafçıları və bu sahə ilə əlaqədar insanları sənədli filmə təşviq etmək,eyni zamanda regionlarda mədəni aktivliyi artırmaq və gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

Festival fəaliyyətə 2020-ci il sentyabr ayında başlayıb. Festival Azərbaycan tamaşaçılarına dünyanın dörd bir yanından seçilmiş filmləri təqdim edir və müxtəlif gender əsaslı mövzular ətrafında ictimai müzakirələrə təkan verir. Həmçinin yerli sənətçilərin təqdimatına açıq olan qısa və tammetrajlı sənədli filmlər müsabiqəsi təşkil edərək yerli film sənayesinin inkişafına da dəstək olmağa çalışır.

Üstəlik, festival paytaxtdankənar, bu cür tədbirlərin və fəaliyyətlərin insanlar üçün əlçatan olmadığı regionlarda təşkil olunur. Növbəti festivalın 25-29 avqust tarixlərində Gəncə şəhərində keçirilməsi planlaşdırılır. Tədbirdə beynəlxalq və yerli sənədli filmlərin nümayişi və müzakirələri nəzərdə tutulur.

Festivalın builki buraxılışının mövzusu qadın ölümlərinə həsr olunub və bununla ölkədə hər zaman aktual problem olan və təəssüf ki, son illərdə daha da artan qadın ölümlərinə diqqət çəkmək niyyətindədir.

Mənbə: https://varyox.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?