Qızıl Fırlanğıc Gənc İllüstratorlar Müsabiqəsi

8 May 2021 Xəbər
news-inner-photo

Son müraciət tarixi: 28 iyun 2021-ci il

Kimlər iştirak edə bilər: 16-39 yaş aralığındakı illüstratorlar

Qızıl Fırlanğıc Gənc İllüstratorlar Müsabiqəsi Çin Şanxay Beynəlxalq Uşaq Kitab Sərgisi çərçivəsində hər il keçirilən beynəlxalq illüstrasiya yarışmasıdır.

Uşaq kitab illüstrasiyasına uyğun olması halında müsabiqədə iştirak üçün mövzu və ya məzmun məhdudiyyəti yoxdur.

Müsabiqəyə əl, rəqəmsal və ya qarışıq üsulla hazırlanmış əsərlər təqdim edilə bilər.

İştirakçılar eyni mövzu üzrə 5 illüstrasiya təqdim etməlidirlər.

2020-ci ilin qalibləri

Qızıl Fırlanğıc Əsas Mükafat (Çin)
Ling Luo - Üç Dost

Daha çox illüstrasiya

Qızıl Fırlanğıc Əsas Mükafat (Beynəlxalq)
Veronica Neacșu – Mumurinin Yatışı

Daha çox illüstrasiya

Mükafatlar:

  • Qızıl Fırlanğıc Əsas Mükafat (Çin) qalibi Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisinin 2022-ci il buraxılışına dəvət əldə edəcək.
  • Qızıl Fırlanğıc Əsas Mükafat (Beynəlxalq) qalibi 2022-ci il Şanxay Beynəlxalq Uşaq Kitab Sərgisinə dəvət əldə edəcək.

Qeyd: Hər iki dəvətnaməyə uçuş bileti və yerləşmə daxildir.

  • Qızıl Fırlanğıc Gənc İllüstratorlar Müsabiqəsi Astra Mükafatı: 5.000 ABŞ dolları

Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi sayta daxil olun.

Mənbə: https://intercompetition.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?