Yaradıcı Aktivlik Mükafatları: rəssamlar, musiqiçilər və digər yaradıcı qruplar üçün dəstək

7 May 2021 Xəbər
news-inner-photo

Kimlər iştirak edə bilər: hər kəs üçün açıqdır.

Son müraciət tarixi: 31 may 2021-ci il

Yaradıcı Aktivlik Mükafatları əsərləri insan haqları, ətraf mühit, iqtisadi və qlobal ədalət, mədəni dayanıqlılıq ilə əlaqəli olan incəsənət xadimləri, musiqiçilər, şairlər, yazıçılar dizaynerlər, rəqqaslar və digər yaradıcı şəxslərin tanıdılması məqsədilə İara Lee tərəfindən yaradılmışdır.

Kimlər iştirak edə bilər?

Yaradıcı Aktivlik Mükafatları (CAA) hər kəs üçün açıqdır və ilk meyarımız incəsənət dəyəri olacaqdır. Həmçinin İara Lee Qlobal Cənubda yerləşən ölkələrə (məsələn, Afrika, Asiya, Orta Şərq, Okeaniya, Latın Amerikası və Karib dənizində yerləşən millətlər) xüsusi maraq göstərərək, az təmsil olunan qruplardan olan sənətkarlara və yaradıcı şəxslərə üstünlük verəcəkdir.

CAA iştirakçıları arasında əvvəlki dövrlərdə monumental rəssamlar, rəqqaslar, karikaturaçılar, fotoqraflar, repçilər, kinematoqrafçılar, plastik sənətkarları, şairlər və dizaynerlər yer alırdı. Keçmiş mükafat sahibləri İran, Fələstin, Pakistan və Qərbi Sahardan Malavi, Burkina Faso, Lesoto və Boliviyaya kimi ölkələrdən idilər.

CAA necə istifadə oluna bilər?

Mükafat onu alan tərəfindən sosial ədalət yönümlü layihələrin həyata keçirilməsi üçün istifadə olunmalıdır. Məqsəd incəsənət xadiminin səsini çatdırmaq və sosial təsirli işlərin davamlı olmasına kömək etməkdir.

Mükafat

1.000 ABŞ dolları

Müsabiqədə iştirak etmək üçün onlayn formanı dolduraraq müraciət edə bilərsiniz.

Qeydiyyatdan keçmək və daha ətraflı məlumat almaq üçün rəsmi sayta müraciət edə bilərsiniz.

Mənbə: http://www.edu-active.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?