Gəlin su haqqında danışaq – Beynəlxalq Film Mükafatı 2021

26 Fevral 2021 Xəbər
news-inner-photo

Təşkilatçı: Qlobal Su Təhlükəsizliyi İnstitutu

Kimlər iştirak edə bilər: 18 yaşdan yuxarı hər kəs

Son müraciət tarixi: 30 aprel 2021-ci il

“Gəlin su haqqında danışaq" insanları bir araya gələrək, suya dəyər verilməsi, onun problemləri və zəruri həllərə dair təsirli hekayələr bölüşməyə ruhlandıran iki dəqiqəlik qısa filmlərin qəbulunu açıq elan edir.

Tələbə, rejissor, hidroloq, ekoloq, coğrafiyaçı, ictimai elm xadimi, rəssam olmağınızdan asılı olmayaraq hər biriniz 2021 Su Film Mükafatı üçün film təqdim etməyə dəvətlisiniz.

Uyğunluq meyarları

  • Təqdim olunan film su problemləri və / və ya həll yolları haqqında olmalıdır.
  • İngilis dilindən başqa dillərdə olan filmlərdə ingilis dilində altyazı qeyd olunmalıdır; hər hansı material ingilis dilli şəxs tərəfindən başa düşülən şəkildə olmalıdır (məsələn, filmin veb-saytı həm ana dilində, həm də ingilis dilində hazırlanmalıdır).
  • Filmin xronometrajı: maks. 2 dəqiqə
  • Film 1 yanvar 2020-ci ildən sonra istehsal olunmuş olmalıdır.
  • 2020-ci il Su Beynəlxalq Film Mükafatı müsabiqəsinə təqdim edilən filmlər iştirak edə bilməz.
  • Təqdim olunan filmlər 1920 X 1080 formatda olmalıdır.
  • Videolar MOV və ya MP4 fayl formatında təqdim edilməlidir.
  • Film rejissorları tərəfindən yaradılmayan materiallara (şəkillər, musiqi və s.) o halda icazə verilir ki, lisenziyalar (məsələn, Creative Commons) və ya yaradıcı şəxsin sənədləşdirilmiş icazəsi olmalıdır. Məlumat başqa bir mənbədən götürülübsə, (məsələn, statistika və ya dərc edilmiş material) bu mənbələr düzgün sənədləşdirilməli və istinadlar verilməlidir. Filmin sonunda bütün xarici mənbələrə istinadlar qeyd edilməlidir.
  • Fərqli loqotiplər və ya digər ticarət nişanları video/filmdə görünməməlidir.
  • Bu Mükafat üçün film təqdim etməyiniz Virtual Teatr saytında göstərilən Qayda və Şərtləri qəbul etdiyinizi göstərir.

Mükafat

  • Əsas Mükafat: 10.000 ABŞ dolları
  • I Yer: 5,000 ABŞ dolları
  • II Yer (cəmi 4 mükafat): hər biri 1.000 ABŞ dolları
  • Tamaşaçı Seçimi: 1,000 ABŞ dolları

Ötən ilin qaliblərinə buradan baxa bilərsiniz.

Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi səhifəyə daxil olun.

Mənbə: https://www.letstalkaboutwater.ca/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?