Beynəlxalq Yaşıl Aypara Karikatura Müsabiqəsi

22 Yanvar 2021 Xəbər
news-inner-photo

Təşkilatçı: Yaşıl Aypara təşkilatı

Kimlər iştirak edə bilər: Müsabiqə dünyadakı bütün həvəskar / peşəkar karikaturaçılara açıqdır.

Son müraciət tarixi: 31 yanvar 2021-ci il

Yaşıl Aypara təşkilatı ölkəmizin, dünyanın, eləcə də gənclərin aludəçiliyə qarşı diqqətini çəkmək və fərqindəlik yaratmaq məqsədilə Beynəlxalq Yaşıl Aypara Karikatura müsabiqəsini təşkil edir.

Bu il 5-ci dəfə keçiriləcək yarışma aludəçiliklə mübarizəyə dünyanın dörd bir yanından karikaturaçıları daxil edərək onların yumor qataraq hazırladıqları karikaturalardakı təsirli mesajları cəmiyyətə çatdırmağı hədəfləmişik.

Müsabiqənin mövzusu: “Yeni nəsil və Yeni nəsil aludəçilik”

Müsabiqənin builki mövzusunu “Yeni nəsil və Yeni nəsil aludəçilik” seçdik. Karikaturaçıların  bu mövzu çərçivəsində aludəçiliyin səbəbləri, yayılması, nəticələri, pandemiyanın təsirləri və onlayn mərc və onlayn qumar vərdişlərinə fokuslanmağını gözləyirik.

Sağlam həyatın gücünü və təsirini dünya və gənclərlə karikaturaçılar baxımından paylaşmağı hədəfləyirik. Sağlam həyatın gücünü və təsirini karikaturaçıların gözü ilə dünya və gənclərlə paylaşmaq istəyirik. Bu mövzuda dəyərli töhfələrinizə görə sizə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Uyğunluq meyarları

İşlərin sayı

  • Ən çox 3 əsər təqdim edilə bilər. Başqa müsabiqədə iştirak etmiş, lakin mükafat almamış əsərlər qəbul olunur.

Ölçü

  • A4 və ya A3

Texnika

  • Ağ-qara və ya rəngli

Dil

  • Türkcə və ya ingiliscə (Ehtiyac olarsa, mətndən istifadə olunacaq, amma yazı yox, vizual izah üstün götürüləcək.)

İştirak

Əsərlər ən geci 31 yanvar 2021-ci il tarixinədək A4 və ya A3 ölçülü, 300 dpi, maksimum 5 MB, JPG formatında göndərməlidir.

Əvvəlki illərin işlərinə buradan baxa bilərsiniz.

Mükafat:

I Yer: 12,500 TL

II Yer: 10,000 TL

III Yer: 7,500 TL

Uğur mükafatı: 3,500 TL (3 iştirakçıya təqdim olunacaq)

Mazhar Osman Mükafatı: 3,500 TL

Mükafat qazanan bütün iştirakçılara plaket veriləcək, səyahət və yerləşmə xərcləri Yaşıl Aypara təşkilatı tərəfindən qarşılanacaq.

Kimlər iştirak edə bilər?

Müsabiqə dünyadakı bütün həvəskar/peşəkar karikaturaçılara açıqdır.

Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi səhifəyə daxil olun.

Mənbə: https://cartooncontest.yesilay.org.tr/tr

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?